25 
Mar
2020
13:15
95
34
1320
Virtual karabakh

KOBİA-nın rəhbər heyəti bir aylıq əməkhaqqını Koronavirusla Mübarizəyə Dəstək Fonduna bağışlayıb

25 Mar, 2020
13:15
1320

KOBİA-nın rəhbər heyəti bir aylıq əməkhaqqını Koronavirusla Mübarizəyə Dəstək Fonduna bağışlayıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) rəhbər heyəti bir aylıq əməkhaqlarını koronavirus pandemiyasının ölkə ərazisində yayılmasının qarşısının alınması, vətəndaşların sağlamlığının qorunması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 19 mart 2020-ci il tarixli fərmanı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürüb. 

Qeyd edək ki, Koronavirusla Mübarizəyə Dəstək Fonduna fiziki və hüquqi şəxslər də könüllü ödəmələr edə bilər.

Prezident İlham Əliyevin bu təşəbbüsünə qoşulmaq üçün Agentliyə sahibkarlar tərəfindən xeyli sayda müraciətlər daxil olub.

KOBİA-nın əməkdaşları sahibkarları Koronavirusla Mübarizəyə Dəstək Fondunun bank rekvizitləri barədə məlumatlandırıb. 

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri