25 
Mar
2020
19:05
81
229
4746
yuxarı
Əcnəbilərlə bağlı qanuna dəyişiklik edilir – Onlara da müvəqqəti yaşamaq hüququ veriləcək
25 Mar, 2020
19:05
4746
81
229
Əcnəbilərlə bağlı qanuna dəyişiklik edilir – Onlara da müvəqqəti yaşamaq hüququ veriləcək
Azərbaycanda əcnəbi vətəndaşlara daha bir hüquq verilir.
Oxu.Az-ın məlumatına görə, bununla bağlı Miqrasiya Məcəlləsinə və “Dövlət rüsumu haqqında” qanuna dəyişiklik edilir.
Dəyişikliyə görə, əcnəbilər Azərbaycanın peşə təhsili məktəblərinə daxil olanda onlara Azərbaycanda müvəqqəti yaşamaq hüququ veriləcək.
Bunun üçün illik rüsum isə 60 manat müəyyən edilib.
Bu zamana qədər isə xarici vətəndaşlar yalnız ali və orta ixtisas məktəblərinə daxil olanda onlara bu hüquq verilirdi.
Dəyişiklik Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılacaq.
Aqşin Kərimov