26 
Mar
2020
17:42
102
50
5580
Virtual karabakh

İctimai iaşə sektorunda fəaliyyət göstərən sahibkarlarla müzakirələr aparıldı

26 Mar, 2020
17:42
5580

İctimai iaşə sektorunda fəaliyyət göstərən sahibkarlarla müzakirələr aparıldı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Koronavirus pandemiyasının ictimai iaşə sektorunda fəaliyyət göstərən sahibkarlara təsirini öyrənmək məqsədilə müzakirələr aparılıb.

İqtisadiyyat, Vergilər, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA), Sahibkarlar Təşkilatları Milli Konfederasiyasının nümayəndələrinin iştirakı ilə təşkil olunmuş müzakirələrdə bütün dünyada yayılmış koronavirus infeksiyasının iqtisadiyyatın müxtəlif sektorları ilə yanaşı, ictimai iaşə sahəsinə də təsir göstərdiyi bildirilib. Bu təsirlərin minimuma endirilməsi üçün çıxış yolları müzakirə edilib, sahibkarların təklifləri dinlənilib.

Vurğulanıb ki, Azərbaycan dövləti hər zaman sahibkarların yanındadır və bu çətin vaxtlarda da sahibkarlara dəstək göstəriləcək.

Koronavirus infeksiyasının işgüzar mühitə və iqtisadi fəallığa təsirinin minimuma endirilməsi  məqsədilə Azərbaycan hökuməti tərəfindən görülən tədbirlər sahibkarlara çatdırılıb və qeyd edilib ki, hazırda koronavirus pandemiyasının Azərbaycan iqtisadiyyatına təsirini qiymətləndirmək üçün yaradılmış İşçi Qrupu tərəfindən sahibkarlara, işəgötürənlərə dəstək mexanizmləri və iqtisadi artımın davamlığının təmin olunması üçün müvafiq təkliflər hazırlanır.

Bildirilib ki, dövlət-özəl sektor əməkdaşlığı müstəvisində neqativ iqtisadi təsirlərin aradan qaldırılması məqsədilə tədbirlər görülür. Özəl sektorun sosial məsuliyyəti bölüşməsi mühüm şərtdir və bu istiqamətdə sahibkarlara dəstək tədbirləri müəyyənləşdirilir. Bu baxımdan sahibkarlara işdən azadetmə, əməkdaşların ixtisarı hallarına yol verməmək, korporativ məsuliyyət və sosial həmrəylik nümayiş etdirmək tövsiyə olunur.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri