27 
Mar
2020
11:33
143
28
3150
Virtual karabakh

Yeni OPEC+ sazişi bağlana bilər

27 Mar, 2020
11:33
3150

Yeni OPEC+ sazişi bağlana bilər

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiya Birbaşa İnvestisiya Fondunun rəhbəri Kiril Dmitriyev yeni OPEC+ sazişinin bağlanması ehtimalı haqqında danışıb.

“Reuters”ə açıqlama verən Dmitriyev digər ölkələrin də qoşulacağı təqdirdə, neft bazarını tarazlaşdırmaq və koronavirusun iqtisadiyyata təsirini azaltmaq məqsədilə sazişin mümkün olduğunu bildirib.

O, qlobal iqtisadiyyata nəzarət etmək üçün ölkələrin birlikdə hərəkət etmələrinə ehtiyac olduğunu qeyd edib:

“Birgə hərəkət OPEC+ (Neft İxrac Edən Ölkələr Təşkilatı və təşkilat xaricində olan dövlətlərdən ibarət qrup) sazişi çərçivəsində də mümkündür. Səudiyyə Ərəbistanı və bir sıra digər ölkələrlə danışıqlar aparırıq. OPEC+ üzvlərinin sayının artması və digər ölkələrin də birləşməsi baş tutarsa, neft bazarında tarazlığa nail olmaq üçün ortaq məxrəcə gəlmək mümkündür”.

Dmitriyev yeni sazişə hansı dövlətlərin daxil olacağını və ya hansıların daxil olmasının lazım olduğunu açıqlamayıb.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri