30 
Mar
2020
09:37
103
204
8499
Virtual karabakh

Dünya bazarlarında neftin qiyməti ucuzlaşdı

30 Mar, 2020
09:37
8499

Dünya bazarlarında neftin qiyməti ucuzlaşdı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“West Texas Intermediate” (WTI) markalı neftin may fyuçerslərinin qiyməti üç faiz ucuzlaşıb.

Bu barədə Rbc.ru London ICE birjasına istinadən xəbər yayıb.

Martın 30-u Moskva vaxtı ilə 03:31-də (Bakı vaxtı ilə 04:31 - red.) WTI markalı neftin bir bareli 20,8 dollara satılıb. London birjasında nefin minimum qiyməti 20,06 dollar olub (Bakı vaxtı ilə 5:10).

Investing.com-un xəbərinə görə, WTI markalı neftin bir bareli 20,52 dollar təşkil edib.

WTI markalı neftin qiymətində 2002-ci ilin fevralından bəri ilk dəfə belə göstərici qeydə alınıb.

“Brent” markalı neftin qiyməti də üç % azalaraq, bir bareli 23,7 dollara düşüb.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri