Apr
2020
09:17
22
175
6175
Virtual karabakh

SOCAR tender elan edib - SİYAHI

SOCAR öz fəaliyyətini təkmilləşdirmək üçün bir sıra sahələrdə tenderlər elan edir.

SOCAR “Azneft” İstehsalat Birliyinin natrium hipoxloridə olan tələbatını təmin etmək məqsədilə açıq satınalma müsabiqəsi müddətini uzadaraq yenidən elan edir.

Müsabiqədə iştirak haqqında müraciət və iştirak haqqının ödənilməsi barədə bank sənədi ən geci 16.04.2020-ci il, saat 17:30-a qədər Azərbaycan və ya rus dillərində satınalan təşkilatın ünvanında təqdim olunmalıdır.

SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi elektrik alət və avadanlıqlarına olan tələbatını təmin etmək məqsədilə açıq satınalma müsabiqəsi elan edir.

Müsabiqədə iştirak haqqında müraciət və iştirak haqqının ödənilməsi barədə bank sənədi ən geci 23.04.2020-ci il, saat 17:30-a qədər Azərbaycan, ingilis və ya rus dillərində satınalan təşkilatın ünvanında təqdim olunmalıdır.

SOCAR “Bakı Olimpiya Stadionu”nun təhlükəsizlik və istiqamətverici nişanlara olan tələbatı təmin etmək məqsədilə açıq satınalma müsabiqəsi elan edir.

Müsabiqədə iştirak haqqında müraciət və iştirak haqqının ödənilməsi barədə bank sənədi ən geci 05.05.2020-ci il, saat 17:30-a qədər Azərbaycan və ya ingilis dillərində satınalan təşkilatın ünvanında təqdim olunmalıdır.

SOCAR “Bakı Olimpiya Stadionu”nun xüsusi geyim, fərdi mühafizə və təhlükəsizlik vasitələrinə olan tələbatını təmin etmək məqsədilə üç lotdan ibarət açıq satınalma müsabiqəsi elan edir.

Müsabiqədə iştirak haqqında müraciət və iştirak haqqının ödənilməsi barədə bank sənədi ən geci 05.05.2020-ci il, saat 17:00-a qədər Azərbaycan dilində  satınalan təşkilatın ünvanında təqdim olunmalıdır.

SOCAR “Azneft” İstehsalat Birliyinin akkumulyator batareyaları və qidalandırıcılara olan tələbatını təmin etmək məqsədilə açıq satınalma müsabiqəsi müddətini uzadaraq yenidən elan edir.

Müsabiqədə iştirak haqqında müraciət və iştirak haqqının ödənilməsi barədə bank sənədi ən geci 23.04.2020-ci il, saat 17:30-a qədər Azərbaycan və ya rus dillərində satınalan təşkilatın ünvanında təqdim olunmalıdır.

SOCAR Metanol zavoduna kimyəvi maddələrin satın alınması məqsədilə açıq satınalma müsabiqəsi elan edir.

Müsabiqədə iştirak haqqında müraciət və iştirak haqqının ödənilməsi barədə bank sənədi ən geci 17.04.2020-ci il, saat 17:00-a qədər Azərbaycan dilində satınalan təşkilatın ünvanında təqdim olunmalıdır.

SOCAR-ın “Qaz İxrac” İdarəsi izolyasiya lenti və praymerə olan tələbatı təmin etmək məqsədilə açıq satınalma müsabiqəsi elan edir.

Müsabiqədə iştirak haqqında müraciət və iştirak haqqının ödənilməsi barədə bank sənədi ən geci 03.04.2020-ci il, saat: 17:30-a qədər Azərbaycan və ya ingilis dillərində satınalan təşkilatın ünvanında təqdim olunmalıdır.

Bütün tenderlər üzrə göstərilmiş tarixdən gec edilmiş ödəniş və müraciətə baxılmayacaq.

Elanlar və satınalma predmetləri haqqında geniş məlumatı və əsas şərtlər toplusunu bu keçiddən əldə edə bilərsiniz.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri