Apr
2020
11:17
145
57
12046
Virtual karabakh

Elman Rüstəmovla bağlı məsələ “gözləmə” mövqeyindədir - ÖZƏL

1 Apr, 2020
11:17
12046

Elman Rüstəmovla bağlı məsələ “gözləmə” mövqeyindədir - ÖZƏL

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmovun səlahiyyət müddətinin bitməsi ilə əlaqədar Milli Məclisə təqdimat daxil olmayıb”.

Bu barədə Oxu.Az-a parlamentdəki mənbə məlumat verib.

Bununla belə qeyd olunub ki, Elman Rüstəmovun səlahiyyət müddəti başa çatırsa, mütləq bu məsələyə baxılmalıdır.

Bu il aprelin 3-də Elman Rüstəmovun səlahiyyət müddəti başa çatır.

Qanunvericiliyə əsasən, Mərkəzi Bankın İdarə Heyətinin üzvləri vəzifəyə beş il müddətinə təyin edilirlər.

Mərkəzi Bankın İdarə Heyəti sədrinin birinci müavini və digər müavinləri də beş il müddətinə vəzifəyə təyin olunurlar.

Qeyd edək ki, Elman Rüstəmov axırıncı dəfə Milli Məclisin 2015-ci ilin 3 aprel tarixində keçirilən iclasında Mərkəzi Bankın İdarə Heyətinin üzvlüyünə təsdiq edilmişdi.

Mərkəzi Bankın İdarə Heyəti sədrinin birinci müavini Alim Quliyevdir. Baş bankir Elman Rüstəmovun müavinləri isə Vadim Xubanov və Aftandil Babayevdir.

Onlar 2017-ci ilin mart ayında Milli Məclisin qərarı ilə Mərkəzi Bankın İdarə Heyətinin üzvləri seçiliblər.

Aqşin Kərimov

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri