Apr
2020
15:53
28
244
14767
Virtual karabakh

Problemli kreditlərlə bağlı verilən kompensasiyanın məbləği açıqlandı

2 Apr, 2020
15:53
14767

Problemli kreditlərlə bağlı verilən kompensasiyanın məbləği açıqlandı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

2019-cu ildə problemli kreditlərin həlli ilə bağlı 600 min vətəndaşa 640 milyon manata yaxın kompensasiya ödənilib.

Oxu.Az-ın məlumatına görə, bu barədə Nazirlər Kabinetinin 2019-cu il üzrə fəaliyyəti ilə bağlı hesabatında yazılıb.

135 min borcalanın 269 milyon manat məbləğində kreditləri güzəştli şərtlərlə restrukturizasiya edilib.

Silinən faiz və dəbbə pullarının həcmi 205 milyon manatdan çox olub.

42 min borcalanın kreditləri tam bağlanıb. 2019-cu ilin sonuna bank sektorunun vaxtı keçmiş kreditlərinin portfeldəki payı 2018-ci ilin sonu ilə müqayisədə, 3,9 bənd azalaraq, 8,3 faiz təşkil edib.

Ümumilikdə isə, problemli kreditlərlə bağlı tədbirlər 735 mindən çox şəxsi əhatə edib.

Qeyd edək ki, Prezident İlham Əliyev 2019-cu ilin 28 fevralında “Azərbaycanda fiziki şəxslərin problemli kreditlərin həlli ilə bağlı əlavə tədbirlər haqqında” fərman imzalayıb.

Aqşin Kərimov

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri