Apr
2020
13:53
35
145
1321
Virtual karabakh

Aİ ölkələri koronavirusa qarşı ortaq iqtisadi proqram qəbul edə bilmədi

8 Apr, 2020
13:53
1321

Aİ ölkələri koronavirusa qarşı ortaq iqtisadi proqram qəbul edə bilmədi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Avrodan istifadə edən Avropa İttifaqı (Aİ) ölkələri koronavirusun təsirlərinə qarşı ortaq iqtisadi proqram qəbul edə bilməyiblər.

“Anadolu” agentliyi xəbər verir ki, “Avro Qrup”un prezidenti Mariu Senteno “Twitter” hesabında bu barədə açıqlama verib.

O, videokonfrans formatında keçirilən görüşdə Aİ-yə üzv ölkələrin maliyyə nazirlərinin 16 saat davam edən iclasında razılıq əldə edilmədiyini bildirib.

Maliyyə nazirlərinin sabah yenidən görüşəcəklərini qeyd edən Senteno məqsədin işçiləri, şirkətləri və ölkələri COVID-19-un iqtisadi təsirlərindən qoruyacaq güclü bərpa proqramını təyin etmək olduğunu vurğulayıb.

Videokonfransda koronavirusun yayılması səbəbi ilə ittifaq ölkələrində məşğulluğun qorunması üçün yeni 100 milyard avro əməkhaqqı dəstəyi proqramının yaradılması, Avropa İnvestisiya Bankının (AİB) şirkətlərə 200 milyard avro kredit zəmanəti və Avrozona ölkələrinə maliyyə dəstəyi vermək üçün qurulmuş Avropa Sabitlik Mexanizminin koronavirus epidemiyası nəticəsində dəyən zərərin kompensasiya edilməsi üçün ölkələrə 240 milyard avro verməsi və maliyyələşdirmə siyasətinin ortaq borc vasitəsinin (coronabono) yaradılması təklif edilib.

Koronavirus böhranından ən çox təsirlənən Aİ ölkələri İtaliya və İspaniya ortaq borc sisteminin yaradılmasını istəyir.

Almaniya və Niderland başda olmaqla, bəzi ölkələr AİB-in kredit şərtlərinin yumşaldılaraq istifadəyə verilməsini təklif edirlər.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri