Apr
2020
22:26
572
79
8659
Virtual karabakh

OPEC+ ölkələri ortaq qərara gəldi: Neft hasilatı azaldılacaq - YENİLƏNİB

9 Apr, 2020
22:26
8659

OPEC+ ölkələri ortaq qərara gəldi: Neft hasilatı azaldılacaq - YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

OPEC+ (Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) ölkələri bu gün video-konfrans formatında keçirilən danışıqlar zamanı bu ilin may-iyun aylarında hamı üçün gündəlik neft hasilatını 23% (10 mln. barel) azaltmaq barəsində razılığa gəliblər.

“APA-Economics”in məlumatına görə bu barədə TASS öz mənbəsinə istinadən xəbər verib.

Bundan əvvəl mənbə söyləyirdi ki: “Plan may-iyun aylarında hasilatı 10 mln. barel azaltmaqdır. Sonra ilin sonuna qədər kvota 8 mln. barelə, 2021-ci ilin aprel ayının sonuna qədər isə 6 mln. barelə qədər enməlidir”.

Qeyd edək ki, OPEC+ neft hasilatının azaldılmasına dair razılaşma martın sonunda başa çatıb. Rusiya ilə Səudiyyə Ərəbistanı arasında davam edən əməkdaşlığın şərtləri barədə razılığa gələ bilməyən fikir ayrılıqlarına görə onu uzatmaq mümkün olmayıb. Bundan sonra OPEC ölkələri neft hasilatını artırmağa başladı. Bu zaman koronavirus epidemiyası səbəbindən qlobal neft tələbatı kəskin şəkildə azaldı.

Nəticədə, neftin bir barelinin qiyməti son 20 ildə ilk dəfə 22 dollara düşdü. Bu səbəbdən OPEC+ ölkələri fövqəladə iclas keçirmək qərarına gəldi ki, bu görüşdə neft hasilatının azaldılması müzakirə ediləcək.

Aprelin 10-da G20 Energetika nazirlərinin təcili iclası keçiriləcək.

19:29

OPEC+ (Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) ölkələrinin virtual iclası başlayıb.

“APA-Economics”in məlumatına görə, video-konfrans formatında keçirilən görüşün əsas məqsədi neft bazarının sabitləşdirilməsi, o cümlədən OPEC+ ölkələrinin gündəlik neft hasilatını 10 mln. barel azaltmasına dair razılığın əldə olunmasıdır.

Görüşdə yeni “Əməkdaşlıq Bəyannaməsi”nin müzakirəsi də nəzərdə tutulur.

Qeyd edək ki, görüş ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə aparılan danışıqlardan sonra Səudiyyə Ərəbistanı Krallığının çağırışı ilə keçirilir.

Xatırladaq ki, sözügedən görüşə Azərbaycan da qatılıb.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri