Apr
2020
20:05
48
271
5469
Virtual karabakh

Azərbaycanda sahibkarlara maliyyə dəstəyinin göstərilməsinə başlanılıb

Koronavirus (COVID-19) pandemiyasının, dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların ölkə iqtisadiyyatına, makroiqtisadi sabitliyə, məşğulluğa və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı Prezident İlham Əliyevin 19 mart 2020-ci il sərəncamına uyğun olaraq Nazirlər Kabinetinin 4 aprel 2020-ci il tarixli qərarı ilə təsdiqlənmiş Tədbirlər Planının icrasını təmin etmək məqsədi ilə koronavirus pandemiyası nəticəsində zərərə məruz qalmış iqtisadi sahələrdə fəaliyyət göstərən sahibkarlara maliyyə dəstəyinin göstərilməsinə başlanılıb.

“Report” xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin açıqlamasında bildirilir. 

Məlumatda həmçinin deyilir ki, bu gün nazirliyin Dövlət Xəzinədarlığı Agentliyi İqtisadiyyat Nazirliyinin təqdim etdiyi ilkin sifarişlər əsasında iş yerlərinin və sosial sabitliyin qorunması istiqamətində pandemiyadan zərər çəkmiş sahələrdə çalışan muzdlu işçilərin əmək haqqının ödənilməsi üçün 698 vergi ödəyicisinə 1,728 milyon manat, pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən 533 fərdi (mikro) sahibkara isə 637 min manat vəsaiti onların müvafiq bank hesablarına köçürüb.

Tədbirlər Planına uyğun olaraq sahibkarlıq subyektlərinə maliyyə dəstəyinin ödənilməsi İqtisadiyyat Nazirliyinin təqdim etdiyi sifarişlər əsasında Xəzinədarlıq orqanları tərəfindən gündəlik əsasda davam etdiriləcək. Həmin sifarişləri pandemiya nəticəsində zərərə məruz qalmış iqtisadi sahələrdə fəaliyyət göstərən sahibkarların müraciəti əsasında İqtisadiyyat Nazirliyi formalaşdıraraq Maliyyə Nazirliyinə təqdim edir. 

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri