10 
Apr
2020
11:05
77
48
3384
Virtual karabakh

Kapitalın və əmlakın amnistiyası nəzərdən keçirilir - VİDEO

10 Apr, 2020
11:05
3384

Kapitalın və əmlakın amnistiyası nəzərdən keçirilir - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

2020-ci ilin ilk rübündə neft qiymətlərinin kəskin enməsi, həmçinin koronavirus pandemiyası iqtisadiyyata təsirsiz ötüşmədi. Hökumət həm vəziyyətdən çıxış yolu kimi, həm də postkoronavirus dövrü üçün geniş spektrli proqramlar qəbul etməyi planlaşdırır. Baxılan istiqamətlərdən biri əmlak və kapital amnistiyasıdır. 

Baku.Tv xəbər verir ki, sahibkarların vergi, statistika və digər dövlət orqanlarına təqdim etdikləri hesabatları müqayisə, eləcə də gəlirləri və xərcləri analiz etdikdə gizli fəaliyyətin mövcudluğu görünür.

Şəffaflaşdırma prosesində isə məlum olur ki, qeydiyyatda olmayan iri avadanlıqlar, sexlər, zavod və fabriklər var. Bu cür obyektlərin dəyəri isə 10 mindən tutmuş, milyonlarla manat təşkil edir. Həmin obyektlərin sahibləri indiyə kimi gizlətdiklərini aşkara çıxarıb, əvvəlki dövr üçün öhdəlik daşımaq istəmirlər.

Ekspertlərin fikrincə, əmlakın amnistiyası kapital amnistiyasına nisbətən daha effektiv olacaq. Digər ölkələrin təcrübəsi göstərir ki, mənimsənilən vəsaitin ortaya çıxarılmasında sahibkarlar bir o qədər də maraqlı olmurlar. Bu da şəffaflaşdırma prosesini ləngidir. 

Nəzərə alsaq ki, bu cür kölgə elementləri hazırkı pandemiya dövründə zərərləri hesablamağa, iqtisadiyyatı idarə etməyə çətinlik törədir, amnistiya vergi gəlirlərinin artmasına, iqtisadiyyata əlavə investisiyaların cəlb edilməsinə və yeni iş yerlərinin artmasına səbəb olacaq.

 

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri