28 
Apr
2020
22:06
118
397
2783
Virtual karabakh

PAŞA Holding “Biz birlikdə güclüyük” aksiyasına yeddi milyon manat ayırıb

28 Apr, 2020
22:06
2783

PAŞA Holding “Biz birlikdə güclüyük” aksiyasına yeddi milyon manat ayırıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

PAŞA Holding Heydər Əliyev Fondu və “Regional İnkişaf” İctimai Birliyi tərəfindən icra olunan “Biz birlikdə güclüyük” aksiyasına dəstək göstərmək məqsədilə yeddi milyon manat vəsait ayırıb.

Sözügedən bu layihə çərçivəsində “Biz Birlikdə güclüyük” şüarı altında 200.000-dən çox aztəminatlı və digər həssas kateqoriyadan olan ailəyə ərzaq yardımının göstərilməsi nəzərdə tutulub. Aksiya Koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar ölkəmizdə xüsusi karantin rejiminin tətbiq olunduğu dövrdə dövlət tərəfindən həyata keçirilən tədbirlərə dəstək məqsədini daşıyır.

Xatırladaq ki, PAŞA Holding bu dövr ərzində koronavirusla mübarizə üçün laboratoriyanın yaradılması və Kənd Təsərrüfatı Nazirliyi ilə birgə fermerlərə mikrokreditlərin təqdim edilməsi kimi xeyriyyə məqsədli fəaliyyətlər də icra edib.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri