15 
May
2020
11:20
31
95
1522
Virtual karabakh

Qadınlar sərvət yığımına görə kişiləri keçdi

15 May, 2020
11:20
1522

Qadınlar sərvət yığımına görə kişiləri keçdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qadınlar sərvət yığımına görə kişiləri keçib.

RBC bu barədə “Boston Consulting Group”un araşdırmasına istinadla xəbər yayır.

2016-2019-cu illər ərzində qadınların orta illik kapital həcmi 61%, kişilərdə isə 41% artıb.

Bu rəqəm son dörd ildə qadınların kişiləri geridə qoyduğunu göstərir.

Mütəxəssislərin fikrincə, 2016-2019-cu illərdə qadınların orta illik qlobal kapital artımı 6,1% təşkil edib və onların kapitalına hər il orta hesabla beş trilyon dollar əlavə edilib.

Analitiklərin fikrincə, 2020-ci ildən 2023-cü ilədək kapitalın böyümə sürəti 7,2%-ə qədər artacaq. Tədqiqatın müəllifləri eyni dövrlərdə kişilərə məxsus kapitalın böyümə sürətini, müvafiq olaraq 4,1 və 5,2% qiymətləndirib. Hesabatın COVID-19 başlamazdan əvvəl hazırlandığı qeyd olunur.

BCG-nin hesablamalarına görə, 2019-cu ilin sonunda qadınlar 70 trilyon dollara və ya qlobal ümumi kapitalın 32%-nə (216 trilyon dollar) sahib olub. Ən böyük kapitala görə, birinci 35,4 trilyon dollar olmaqla, Şimali Amerika, ikinci Qərbi Avropa (14,3 trilyon dollar), üçüncü yerdə Asiya (Yaponiya istisna olmaqla, 13 trilyon dollar) gəlir.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri