16 
May
2020
10:35
44
99
2412
Virtual karabakh

Büdcədə gəlirlər proqnozu bir milyard manatdan çox üstələdi - HESABAT

16 May, 2020
10:35
2412

Büdcədə gəlirlər proqnozu bir milyard manatdan çox üstələdi - HESABAT

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

2019-cu ildə Azərbaycanın dövlət büdcəsinin gəlirləri proqnozu üstələyib.

Oxu.Az-ın xəbərinə görə, bu barədə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin icrası barədə hesabatda bildirilib.

Belə ki, müvafiq dövr üçün dövlət büdcəsinin gəlirləri 23 milyard 168 milyon manat məbləğində proqnozlaşdırılıb.

Lakin faktiki olaraq, 2019-cu ildə dövlət büdcəsinin gəlirləri 24 milyard 218 milyon 100 min manat təşkil edib.

Bu, proqnozla müqayisədə 1 milyard 50 milyon 100 min manat çoxdur.

Dövlət büdcəsinin gəlirlərinin 7 milyard 672 milyon 300 min manatı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin, 4 milyard 408 milyon 600 min manatı Dövlət Gömrük Komitəsinin xətti ilə daxilolmaların payına düşüb.

Gəlirlərin 11 milyard 364 milyon 300 min manatı Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertin, 772,9 milyon manatı və ya 3,2 faizi digər gəlirlərin hesabına formalaşıb.

2019-cu il dövlət büdcəsinin xərcləri isə proqnozlaşdırılandan aşağı olub.

Belə ki, ötən il üçün dövlət büdcəsinin xərcləri 25 milyard 190 milyon manat proqnoza qarşı 24 milyard 425 milyon 900 min manat təşkil edib.

Aqşin Kərimov

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri