16 
May
2020
18:10
44
287
8632
Virtual karabakh

Mikayıl Cabbarov bu şəxsləri kollektivə təqdim edib

16 May, 2020
18:10
8632

Mikayıl Cabbarov bu şəxsləri kollektivə təqdim edib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İqtisadiyyat naziri Mikayıl Cabbarov Prezident İlham Əliyevin fərmanı ilə rəhbərlik etdiyi qurumun dövlət xidmətlərinə yeni təyin edilmiş rəhbər kadrları kollektivə təqdim edib.

Bu barədə İqtisadiyyat Nazirliyinin açıqlamasında bildirilir. 

Məlumatda həmçinin deyilir ki, nazir ölkə rəhbərliyinin qarşıya qoyduğu vəzifələri vurğulayaraq xidmətlərin fəaliyyətinin həyata keçirilən sosial-iqtisadi strategiyanın hədəflərinə xidmət etməli olduğunu qeyd edib və bildirib ki, yeni təyin edilmiş kadrlar dövlət başçısının etimadını doğrultmalıdırlar.

Xatırladaq ki, ölkə Prezidentinin sərəncamları ilə Orxan Nəzərli İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə, Mətin Eynullayev İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə, Sahib Məmmədov isə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə rəis müavini təyin edilib. Onlar müvafiq dövlət xidmətlərinin rəisi vəzifələrini də icra edəcəklər.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri