18 
May
2020
17:12
21
94
2398
Virtual karabakh

“Unibank” Respublika Günü münasibəti ilə əmanət kampaniyası keçirir

Bu gün həyatınızda yeni bir başlanğıc olsun! Hər pis günün bitdiyinə bizi inandıran, dostlarımıza, kollektivimizə, şəhərimizə, dənizimizə qovuşduğumuz bu gündə gələcək planlarınızla bağlı vacib bir addım atın. “Unibank”ın sizin, övladlarınızın gələcəyinə sərmayə qoyuluşu üçün başlatdığı sərfəli əmanət kampaniyasından faydalanın!

İndi “Unibank”da manat əmanət hesabı açmaq daha da sərfəli olub. 28 May - Respublika Günü münasibətilə keçirilən kampaniya çərçivəsində qoyulan manat əmanətlərinə, “Unibank” əlavə 2% hədiyyə edir. İyunun sonunadək davam edən kampaniya zamanı öz vəsaitlərinizi sərfəli faizlə, güvəndiyiniz bankınıza etibar edə bilərsiniz. Aksiya çərçivəsində “Müddətli” depozitin faiz dərəcəsi müddətin sonuna 10%-ə, “Yığım” depozitinin faiz dərəcəsi isə illik 7%-ə yüksəlib.

“Unibank”da əmanət hesabı açmaqla, hansı üstünlükləri qazanırsınız?

- Ölkənin stabil inkişaflı və mənfəətli bankının 1 milyondan artıq müştərisindən biri olursunuz;

- Bazarda çox sərfəli depozit faizləri əldə edirsiniz;

- Depozitiniz Əmanətlərin Sığortalanması Fondu tərəfindən qorunur;

- Vəsaitiniz daha təhlükəsiz ünvanda saxlanılaraq, sizə illik artım gətirir.

Qeyd edək ki, Əmanətlərin Sığortalanması Fondunun qərarı ilə qorunan əmanətlərin yuxarı həddi 12% təşkil edir və “Unibank”a yerləşdirilən bütün əmanətlər sığortalanır.

“Unibank” hazırda paytaxt və bölgələri əhatə edən geniş filial şəbəkəsi ilə hər kəsin xidmətindədir. “Unibank”ın filialları həftənin beş günü nahar fasiləsi olmadan, səhər saat 09:00-dan axşam 17:00-dək fəaliyyət göstərir. 

Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Bankın saytından (www.unibank.az ) və yaxud “Facebook” və “Twitter” səhifələrindən (www.facebook.com/unibank.az, https://twitter.com/unibank) əldə etmək olar.

“Unibank” - hər kəsin bankı!

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri