19 
May
2020
11:11
326
56
7193
Virtual karabakh

Neft bahalaşmaqda davam edir

19 May, 2020
11:11
7193

Neft bahalaşmaqda davam edir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dünya bazarında neftin qiyməti artmaqda davam edir.

“İnterfax” xəbər verir ki, “Brent” markalı neftin bir barelinin Londonun ICE birjasında saat 09:00-a olan qiyməti 35,07 dollar təşkil edib ki, bu da əvvəlki sessiyanın yekun qiymətindən 0,26 dollar (0,75%) çoxdur.

Bazar ertəsi günü aparılan satışda iyul müqavilələrinə əsasən, bir barel neftin qiyməti 2,31 dollar (7,1%) artaraq, 34,81 dollara yüksəlib.

İyun ayına olan fyuçerslərdə “New York Ticarət Birjası”nın (NYMEX) elektron ticarətində WTI markalı neft 0,73 dollar (2,29%) bahalaşaraq, bir barel üçün 32,55 dollar təşkil edib.

Əvvəlki ticarətin yekunlarına görə, müqavilələrin qiyməti 2,39 dollar (8,1%) bahalaşaraq, 31,82 dollara yüksəlib.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri