22 
May
2020
16:46
9
83
2422
Virtual karabakh

Pandemiyadan sonrakı iqtisadi reallığın təsviri

22 May, 2020
16:46
2422

Pandemiyadan sonrakı iqtisadi reallığın təsviri

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Boston Konsaltinq Qrupunun (BCG) beynəlxalq konsaltinq şirkətinin analitikləri koronavirus pandemiyası dövründən sonra iqtisadi reallığı təsvir ediblər.

Bu barədə “RİA Novosti” xəbər yayıb.

Mütəxəssislər hesab edirlər ki, dünyanı rəqəmsallaşmanın yeni mərhələsi gözləyir. Xüsusilə, onlayn iqtisadiyyatın inkişafı gözlənilir. Bundan əlavə, dövlət vətəndaşlar və müəssisələr üçün “təhlükəsizlik yastığı”na çevrilib, qurumlara, hökumət-vətəndaş cəmiyyətlərinin regional səviyyədə yeni formalarına inam artıb.

Pandemiya dövründə işçilərin hərəkətliliyi, iş rahatlığı yüksəlib, əmək təhlükəsizliyi və işçilərin sağlamlığı prioritetə çevrilib. Sağlamlığa böyük diqqət, şəxsi azadlığı özünün və cəmiyyətin xeyrinə qurban verməyə hazır olan yeni davranış nümunələri meydana gəlib. Mütəxəssislər bu tendensiyanın davam edəcəyinə inanırlar.

Eyni zamanda, istehsalda təchizat zəncirləri lokallaşdırılıb, böhrana müqavimət artıb və uzaqdan idarəetmə inkişaf etdirilib. Bununla yanaşı, kritik malların tədarük zəncirlərinə və insanların hərəkətinə nəzarət, qloballaşmanın əhəmiyyətli dərəcədə yavaşlaması və dünya ticarətində müvəqqəti çökmə kimi yeni beynəlxalq maneələr meydana çıxıb.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri