31 
May
2020
10:28
15
43
2015
Virtual karabakh

“Express24” - Yenilənmiş mobil əlavəni qarşılayın!

31 May, 2020
10:28
2015

“Express24” - Yenilənmiş mobil əlavəni qarşılayın!

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Yenilənmiş dünyada insanlar xüsusi ehtiyac olmadan evlərindən daha az çıxmağa çalışır.

“Expressbank” bu tendensiyaya dəstək olaraq, müştərilərinin qayğısına qalaraq, banka gəlmə ehtiyaclarını azaltmaq məqsədilə mobil tətbiqini yeniləyib.   

“İşiniz daha rahat” devizi ilə hazırlanaraq müştərilərin istifadəsinə verilən yenilənmiş “Express24” mobil əlavəsi hər kəsə evdən ayrılmadan, kütləvi insan axını olan yerlərə getmədən həftənin istənilən günü və günün istənilən saatında ödənişlərini və müxtəlif bank əməliyyatlarını smartfon vasitəsilə etməyə imkan verəcək.

Yenilənmiş “Express24” mobil əlavəsi ilə 24/7 rejimində hansı əməliyyatlar mümkündür?

• Hesabdan karta pul köçürməsi;

• Hesabın artırılması;

• Əmanətin artırılması və idarə olunması;

• Əmanət üzrə gündəlik hesablanan faizlərə nəzarət;

• Kredit ödənişi;

• Kredit və debet kart sifarişi;

• Kart balansının izlənməsi;

• Kartdan hesaba pul köçürülməsi;

• Kartdan karta pul köçürmələri (nəinki “Expressbank” kartları, digər bankların kartları arasında da mümkündür);

• Kartın bloka salınması və ya blokdan çıxarılması;

• Kartlar və hesablar üzrə çıxarış və rekvizitlərin elektron ünvana göndərilməsi;

• Valyuta məzənnəsi;

• Kommunal ödənişlər;

• Mobil rabitə və telefon ödənişləri;

• İnternet ödənişləri;

• Kabel TV ödənişləri;

• Bankımızın filial və ATM şəbəkəsi, iş saatları barəsində məlumatlar.

İlkin mərhələdə mobil əlavə yalnız “Expressbank” müştəriləri üçün təqdim olunsa da, gələcəkdə bu əlavədən digər bankların müştəriləri də istifadə edə biləcək. Müştərilər “Express24” mobil əlavəsini “Google Play” market və ya “App Store”dan yükləyərək öz mobil nömrələri ilə qeydiyyatdan keçməklə geniş növ bank xidmətlərindən bir toxunuşda yararlanacaqlar. 

Yükləmə linkini təqdim edirik: https://www.expressbank.az/express24-app

Biznes və pərakəndə bankçılıq sahəsində geniş çeşiddə bank məhsulu və xidmətlər təklif edən “Expressbank”ın ölkə ərazisində 15 filialı mövcuddur. Bank xidmətləri barədə ətraflı məlumatı “132” Məlumat Mərkəzinə zəng edərək, www.expressbank.az saytına və ya bankın sosial şəbəkələrdəki rəsmi səhifələrinə daxil olaraq əldə edə bilərsiniz.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri