31 
May
2020
16:10
167
78
7537
Virtual karabakh

“Sədərək” və “Binə” ticarət mərkəzlərinin rəhbərləri ilə müzakirələr aparıldı

31 May, 2020
16:10
7537

“Sədərək” və “Binə” ticarət mərkəzlərinin rəhbərləri ilə müzakirələr aparıldı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Sədərək” və “Binə” ticarət mərkəzlərinin rəhbərləri ilə müzakirələr aparılıb.

Bu barədə İqtisadiyyat Nazirliyindən bildirilib.

Məlumata görə, qurumun tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyində (KOBİA) keçirilən görüşdə nazir müavini Niyazi Səfərov, Dövlət Vergi Xidmətinin, KOBİA-nın və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) nümayəndələri iştirak ediblər.

Görüşdə mayın 31-dən etibarən ölkə ərazisində iri ticarət mərkəzlərinin (nəzdindəki uşaq və digər əyləncə mərkəzləri, kinoteatrlar və ictimai iaşə məkanları istisna olmaqla) fəaliyyətinin bərpa olunması ilə əlaqədar sahibkarların Nazirlər Kabineti yanında operativ qərargahın müəyyənləşdirdiyi zəruri sosial davranış qaydalarına və sanitar-epidemioloji tələblərə tam riayət etməsi vəziyyəti, ticarət obyektlərində işçilər və müştərilər üçün lazımi şərait yaradılması, iş və xidmət sahələrinin qoruyucu vasitələrlə (əlcək, tibbi maska, dezinfeksiyaedici materiallar və s.) təmin olunması məsələləri müzakirə edilib.

TƏBİB-in nümayəndələri sahibkarlara ticarət və xidmət sahələrində koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması profilaktikasına dair metodiki göstərişlər barədə məlumat veriblər. Qeyd edilib ki, metodiki göstərişlər “Sədərək” və “Binə” ticarət mərkəzlərində fəaliyyət göstərən sahibkarların İnternet Vergi İdarəsindəki (www.e-taxes.gov.az) elektron kabinetlərinə də göndəriləcək.

Görüşdə “Sədərək” və “Binə” ticarət mərkəzlərinin xüsusiyyəti nəzərə alınmaqla, burada sosial davranış və sanitar-epidemioloji tələblərə və metodiki göstərişlərə riayət olunması sisteminin səmərəli təşkilinə dair məsləhətləşmələr aparılıb, müəyyən olunmuş tələblərə əməl edilməsinin zəruriliyi bir daha diqqətə çatdırılıb.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri