İyn
2020
11:26
91
28
1974
Virtual karabakh

“Azərkosmos”un ixracdan əldə etdiyi gəlirlər artıb

1 İyn, 2020
11:26
1974

“Azərkosmos”un ixracdan əldə etdiyi gəlirlər artıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

2020-ci ilin ilk dörd ayı ərazində “Azərkosmos” ASC tərəfindən dünyanın 26 ölkəsinə 16,6 milyon ABŞ dolları dəyərində xidmət (peyk telekommunikasiya və optik peyk xidmətləri) ixrac edilib. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 27,2% çoxdur.

Oxu.Az xəbər verir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin departament rəhbəri Nicat Hacızadə “İxrac İcmalı”nın 2020-ci ilin may sayı ilə bağlı keçirdiyi canlı yayımda deyib.

O bildirib ki, son bir ildə şirkətin xidmətlərinin idxalçısı olan ölkələrin sayı isə 18-dən 26-ya yüksəlib: 

“Yanvar-aprel ayları ərzində “Azərkosmos”un xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 90%-ni təşkil edib. “Azərkosmos” ASC-nin bu aylarda xidmət ixracı həyata keçirdiyi əsas ölkələr siyahısında ilk yerləri ABŞ, Malayziya, Birləşmiş Krallıq, Fransa və BƏƏ tutur”.

Könül Cəfərli 

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri