İyn
2020
13:09
20
51
1126
Virtual karabakh

KOBİA: “Sahibkarların COVID-19-un profilaktikasına dair qaydalara əməl etməsi vacibdir”

1 İyn, 2020
13:09
1126

KOBİA: “Sahibkarların COVID-19-un profilaktikasına dair qaydalara əməl etməsi vacibdir”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Məlum olduğu kimi, artıq ölkə ərazisində iri ticarət mərkəzlərinin (nəzdindəki uşaq və digər əyləncə mərkəzləri, kinoteatrlar və ictimai iaşə məkanları istisna olmaqla), ictimai iaşə məkanlarının, eləcə də, restoran, kafe və çay evlərinin (bütün ictimai iaşə obyektlərində qəlyan avadanlıqlarından istifadə və 10 nəfərdən artıq toplaşmaqla kütləvi şənliklərin, məclislərin təşkili istisna olmaqla) fəaliyyəti bərpa olunub (müvafiq sahələrdə vaxt məhdudiyyəti tətbiq edilməklə). 

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) fəaliyyətləri zamanı Nazirlər Kabinetinin və Nazirlər Kabineti yanında operativ qərargahın zəruri sosial davranış və sanitar-epidemioloji tələblərinə tam riayət edilməsinin, bu məqsədlə əməkdaşlar və müştərilər üçün lazımi şərait yaradılmasının, iş və xidmət sahələrinin qoruyucu vasitələrlə (əlcək, tibbi maska, dezinfeksiyaedici materiallar və s.) təmin olunmasının, müxtəlif sektorlar üzrə koronavirus (COVID-19) infeksiyasının profilaktikasına dair təsdiq edilmiş metodiki göstərişlərin tələblərinə tam riayət olunmasının vacibliyini bir daha sahibkarların diqqətinə çatdırır. 

Sahibkarlar COVID-19 infeksiyasının profilaktikasına dair müxtəlif sektorlar üzrə təsdiq edilmiş metodiki göstərişlərlə bu keçidlərdən tanış ola bilərlər:
  
- Qida məhsullarının ticarəti ilə məşğul olan müəssisələr (topdan və pərakəndə satış obyektləri, bazar, yarmarka və s.) üzrə   

https://koronavirusinfo.az/files/2/3_Qida_Mehsullari.pdf

- İctimai iaşə müəssisələri üzrə - https://koronavirusinfo.az/files/2/5_ictimai_iase.pdf

- Turizm və otelçilik sektoru üzrə

https://koronavirusinfo.az/files/2/4_Turizm_VE_Otelcilik_Sektoru.pdf

- İctimai nəqliyyat üzrə - https://koronavirusinfo.az/files/2/2_Neqliyyat.pdf 

- Müxtəlif ticarət və xidmət sahələri, ofislər üzrə

https://koronavirusinfo.az/files/2/6_Xidmet_sahesi_muessiseleri.pdf

- Çimərlik və su istirahət mərkəzləri üzrə

https://koronavirusinfo.az/files/3/101_C%CC%A7im%C9%99rlikl%C9%99r.pdf

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri