İyn
2020
17:52
45
35
3615
Virtual karabakh

Yenilənmiş “Expresso” kartları ilə daha geniş imkanlar!

3 İyn, 2020
17:52
3615

Yenilənmiş “Expresso” kartları ilə daha geniş imkanlar!

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Expressbank” hər kəs tərəfindən tanınan və sevilən “Expresso” kartlarını indi daha sərfəli etdi!

Bankın yaydığı məlumata əsasən, kartlar artıq üç fərqli növdə müştərilərə təqdim edilir. Belə ki, müştərilər “Expresso” Standard kart növü ilə yanaşı, Premium kart sinifinə aid olan “Expresso Gold” və  “Expresso Platinum” kartları arasında seçim edə biləcəklər. Hər üç kartı birləşdirən aşağıdakı üstünlüklər mövcuddur:

1. Kartlar AZN/ USD/ EUR/ GBP - dörd fərqli valyutada təqdim edilir.

2. Kartların qiyməti 5 AZN-dən başlayır.

3. Dörd il müddətinədək buraxılır.

4. Həm debet, həm də kredit funksiyalarını özündə birləşdirir. 

5. Təmassız ödənişləri dəstəkləyir.

6. “Expressbank”ın ATM-lərindən debet qalığının nağdlaşdırılması zamanı komissiya - 0%.

7. SMS-banking hər üç kartda artıq pulsuzdur.

8. Ölkədaxili alış-veriş zamanı 30%-dək “cashback” qazandırır.

9. Manat valyutalı kartlar müştərilərin debet qalığına əlavə gəlir gətirir. “Expresso” Standard kart sahibləri kartdakı debet qalığına illik 3% gəlir, “Expresso Gold” kart sahibləri illik 4%, “Expresso Premium” kart sahibləri isə illik 5% gəlir qazanacaqlar.

“Expresso Gold” və “Platinum” kartlarında kredit xəttinin istifadəsi üzrə müştərilərə 40 günədək güzəşt müddəti də təqdim edilir. Əlavə olaraq, “Expresso Platinum” kart sahibləri “Lounge key” xidmətindən də istifadə edə biləcək. Bu xidmət sadəcə kartı göstərməklə dünyanın bir çox hava limanlarında “lounge” zallarına pulsuz daxil olmağa imkan verir.

Siz də bütün bu imkanlardan yararlanmaq üçün istənilən “Expressbank” filialına yaxınlaşa və ya https://bit.ly/3f2N745 linkinə daxil olmaqla elə onlayn qaydada kartınızı sifariş edə bilərsiniz.

Biznes və pərakəndə bankçılıq sahəsində geniş çeşiddə bank məhsulu və xidmətlər təklif edən “Expressbank”ın ölkə ərazisində 15 filialı mövcuddur. Bank xidmətləri barədə ətraflı məlumat üçün 132 Məlumat Mərkəzinə zəng edə bilərsiniz.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri