İyn
2020
13:46
21
82
3026
Virtual karabakh

“AG Bank” və “NBC Bank”dakı əmanətlər üzrə kompensasiyaların hansı bankdan veriləcəyi məlum oldu

5 İyn, 2020
13:46
3026

“AG Bank” və “NBC Bank”dakı əmanətlər üzrə kompensasiyaların hansı bankdan veriləcəyi məlum oldu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Mərkəzi Bankın İdarə Heyətinin 12 may 2020-ci il tarixli qərarı ilə “AG Bank” ASC və “NBC Bank” ASC-nin bank fəaliyyətinin aparılması üçün verilmiş lisenziyaları ləğv edilib.

Oxu.Az xəbər verir ki, “Əmanətlərin sığortalanması haqqında” qanuna uyğun olaraq “AG Bank” ASC və “NBC Bank” ASC-də sığorta hadisəsi günü 28 aprel 2020-ci il müəyyən edilib. 

Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasının qərarına əsasən, “AG Bank” ASC və “NBC Bank” ASC-də qorunan əmanətlərin kompensasiyaların verilməsi üçün agent bank qismində “Azərbaycan Beynəlxalq Bankı” ASC seçilib.

“AG Bank” ASC və “NBC Bank” ASC-də qorunan əmanətlər üzrə kompensasiyalar nağdsız qaydada ödəniləcək. 

Əmanətlər “Əmanətlərin tam sığortalanması haqqında” qanuna uyğun olaraq kompensasiya olunacaq.

“Azərbaycan Beynəlxalq Bankı” ASC-nin filial şəbəkəsində əmanətçilərin sıxlığının yaranmaması, kompensasiyaların sistemli şəkildə ödənilməsi və vətəndaş məmnunluğunun təmin edilməsi üçün qorunan əmanətlər üzrə kompensasiyalar iki mərhələdə qaytarılacaq: 

16 iyun 2020-ci il tarixindən başlayaraq “AG Bank” ASC və “NBC Bank” ASC-də 30 min manat ekvivalentinədək (30 min manat daxil olmaqla) olan əmanətlər üzrə “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin filiallarında ərizələrin qəbulu və kompensasiyaların verilməsi; 

15 iyul 2020-ci il tarixindən başlayaraq 30 min manat ekvivalentindən yuxarı olan əmanətlər üzrə “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin filiallarında ərizələrin qəbulu və kompensasiyaların verilməsi.   

Əmanətçilərdən kompensasiyaların alınması üçün “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin müvafiq filiallarına müraciət edərkən kompensasiyaların ödənilməsi prosedurlarına uyğun olaraq, əmanət müqaviləsini (əlavələrlə birlikdə), əmanət kitabçasını, əmanətin sahibliyini təsdiq edən digər sənədlərin (hesabdan cıxarışların) və şəxsiyyəti təsdiq edən sənədin təqdim olunması xahiş olunur.   

Qorunan əmanətçilər ərizə formalarını 16 iyun 2020-ci il tarixindən etibarən “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin müvafiq filiallarından və ƏSF-nin www.adif.az internet-saytından əldə edə bilərlər. Kompensasiyaların ödənilməsi ilə bağlı “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin müvafiq filial şəbəkəsi barədə əlavə məlumat veriləcək.

Qorunan əmanətçilər hesabdan çıxarışları 10 iyun 2020-ci il tarixindən ləğv prosesində olan “AG Bank” ASC-nin Bakı şəhərində yerləşən filialları üzrə Cəlil Məmmədquluzadə küç., 102A ünvanında yerləşən baş ofisi, digər şəhər və rayon filialları üzrə isə bankın müvafiq filiallarından, ləğv prosesində olan “NBC Bank” ASC-nin Bakı şəhərində yerləşən filialları üzrə Nərimanov rayonu, Müzəffər Nərimanov küç., məhəllə 2054 ünvanında yerləşən baş ofisindən, digər şəhər və rayon filialları üzrə isə bankın müvafiq filiallarından əldə edə bilərlər. 

“Əmanətlərin sığoratalanması haqqında” qanunun 28.3-cü maddəsinə əsasən, Əmanətlərin Sığortalanması Fondu əmanətçilərin ərizələrini kompensasiya ödənişi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq bir il ərzində qəbul edir.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri