23 
İyn
2020
12:23
41
76
2712
Virtual karabakh

“KOB könüllüləri”nin fermerlərə dəstək təşəbbüsü - FOTO

23 İyn, 2020
12:23
2712

“KOB könüllüləri”nin fermerlərə dəstək təşəbbüsü - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstək və xidmətlərindən yararlanmış Qəbələ rayonunun Çuxur Qəbələ kəndində yerləşən lavanda təsərrüfatında məhsul yığımına başlanılıb. 10 hektar ərazidə yerləşən lavanda təsərrüfatında məhsul biçininə KOBİA-nın Qəbələ-Oğuz “KOB Dostu” ofisinin, eləcə də Qəbələ Gənclərin İnkişaf və Karyera Mərkəzinin könüllüləri də dəstək göstəriblər. 

Lavanda təsərrüfatının fəaliyyəti ilə tanış olan könüllülərə təsərrüfat və lavandadan hazırlanacaq məhsullar barədə ətraflı məlumat verilib. Könüllülər lavanda biçinində iştirak etməklə praktiki bacarıqlar əldə edib, həmçinin, bu sahənin inkişafına ictimai dəstək nümayiş etdiriblər.

Ölkənin 20-yə yaxın şəhər və rayonunda fəaliyyət göstərən “KOB Dostu” ofislərinin könüllüləri məhsul yığımı dövründə müxtəlif təsərrüfatlarda olacaq, sahibkarlardan praktik biliklər öyrənməklə yanaşı, məhsul yığımı prosesində də iştirak edəcəklər. 

Qeyd edək ki, KOBİA tərəfindən Çuxur Qəbələ kəndində yerləşən lavanda təsərrüfatına müvafiq sertifikatların alınması, satış üzrə əlaqələndirmə, yerli tərəfdaşların tapılması, eləcə də sahibkarlara göstərilən dövlət dəstəyi mexanizmləri üzrə məsləhət xidmətləri göstərilib.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri