24 
İyn
2020
17:11
13
79
1221
Virtual karabakh

“Post-pandemiya: KOB-ların fəaliyyətinin bərpasına dəstək” mövzusunda onlayn konfrans keçiriləcək

24 İyn, 2020
17:11
1221

“Post-pandemiya: KOB-ların fəaliyyətinin bərpasına dəstək” mövzusunda onlayn konfrans keçiriləcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) tərəfdaşlığı ilə Azərbaycan-Fransa Ticarət və Sənaye Palatası (CCIAF) tərəfindən 30 iyun – 2 iyul tarixlərində “Post-pandemiya: KOB-ların fəaliyyətinin bərpasına dəstək” mövzusunda onlayn konfrans keçiriləcək. Tədbirin məqsədi müxtəlif strategiya və mexanizmlər barədə sahibkarları məlumatlandırmaqla pandemiyadan zərər çəkmiş biznes sektorlarına dəstək olmaqdır.

İyunun 30-da keçiriləcək açılış tədbirində Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayev, Fransanın ölkəmizdəki səfiri Zaxarie Qross, KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov, Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas, AYİB-in Azərbaycan üzrə rəhbəri İvana Duarte, “Medef International”ın direktor müavini Geraldine Lembe, BMT-nin İnkişaf Proqramının (UNDP) rezident nümayəndəsi Alessandro Fracassetti çıxış edərək, KOB-ların fəaliyyətinə dəstəklə bağlı təcrübə və proqramları barədə məlumat verəcəklər.

Açılış sessiyası üçün qeydiyyat - https://forms.gle/FTdgHwzz8f7U8F1T6 

Sessiyanın işçi dili - İngilis dili

1-2 iyul tarixlərində isə CCIAF-in üzvü olan “Baker Tilly”, “Deloitte”, “Ekvita”, “EY Azərbaycan” və “PwC” şirkətlərinin ekspertlərinin iştirakı ilə turizm, kənd təsərrüfatı və qadın sahibkarlığı ilə bağlı seminarlar təşkil olunacaq.

Seminarlar üçün qeydiyyat - https://forms.gle/9TgEeQkJWQ7u3m9j7

Seminarların işçi dili - Azərbaycan dili

Qeyd: Qeydiyyat forumunda hər bir gün üzrə mövzu və seminarlar göstərilib. Maraqlı olduğunuz seminarları qeyd edərək iştirak edə bilərsiniz.

Maraqlı olan hər kəs onlayn konfransda qeydiyyatdan keçərək iştirak edə bilər. Onlayn konfransda iştirak ödənişsizdir. Yalnız qeydiyyatdan keçmiş şəxslər konfransa qoşulmaq üçün link əldə edəcək.

Qeydiyyat üçün son tarix: 28 iyun 2020-ci il.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri