25 
İyn
2020
12:56
20
71
2159
Virtual karabakh

Ölkədə verilən kreditlərin 58 faizə qədəri təminatsızdır - RƏSMİ

25 İyn, 2020
12:56
2159

Ölkədə verilən kreditlərin 58 faizə qədəri təminatsızdır - RƏSMİ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Ölkədə 21 bank tərəfindən verilən kreditlərin 58 faizə qədəri təminatsızdır”.

Oxu.Az-ın məlumatına görə, bunu Əmanətlərin Sığortalanması Fondunun icraçı direktoru Tural Piriyev mətbuat konfransında bildirib.

Onun sözlərinə gorə, bu, o demək deyil ki, onlar bağışlanılıb:

“Onların bir çoxu üzrə ödənişlər edilir. Problemli kreditlər də var. Onlarla bağlı iş gedir, restrukturizasiya edilir”.

İcraçı direktor qeyd edib ki, bağlanmış dörd bankın - “Atabank”, “Amrahbank”, “AGBank” və “NBC Bank” Açıq Səhmdar Cəmiyyətlərinin (ASC) kredit portfeli bir milyard manatdan çoxdur.

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri