29 
İyn
2020
12:54
31
80
1306
Virtual karabakh

“KOB könüllüləri” bu dəfə çay yığımında iştirak ediblər - FOTO

29 İyn, 2020
12:54
1306

“KOB könüllüləri” bu dəfə çay yığımında iştirak ediblər - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Lənkəran “KOB Dostu” ofisinin və Lənkəran Gənclərin İnkişaf və Karyera Mərkəzinin könüllüləri İstisu qəsəbəsində çay yığımı prosesi ilə tanış olublar.

KOBİA-nın dəstək və xidmətlərindən yararlanmış “Yaşıl Çay” Fermer Təsərrüfatının fəaliyyəti ilə tanış olan könüllülər, həmçinin, çay yığımında iştirak etməklə bu sahədə praktiki bacarıqlar əldə edib, çayçılığın inkişafına ictimai dəstək nümayiş etdiriblər.

Qeyd edək ki, Lənkəran rayonunun İstisu qəsəbəsində yerləşən “Yaşıl Çay” Fermer Təsərüfatı KOBİA-nın satış üzrə əlaqələndirmə, ekoturizm, yerli tərəfdaşların tapılması və sahibkarlara göstərilən dövlət dəstəyi mexanizmləri üzrə məsləhət xidmətlərindən istifadə edib.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri