30 
İyn
2020
17:06
32
62
1523
Virtual karabakh

“TuranBank” və “IFC” aqro sahədə əməkdaşlığını gücləndirir

30 İyn, 2020
17:06
1523

“TuranBank” və “IFC” aqro sahədə əməkdaşlığını gücləndirir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“TuranBank” Beynəlxalq Maliyyə Korporasiyası (IFC) tərəfindən hazırlanmış və maliyyə təşkilatlarına fermerlərin kredit ödəmə qabiliyyətini qiymətləndirməyə imkan verən Nağd Vəsait Axınları ilə Əlaqələndirilmiş Kənd Təsərrüfatı Risklərinin Qiymətləndirilməsi (CLARA) sistemini tətbiq etmək məqsədilə IFC ilə yeni müqavilə imzalayıb. 

CLARA nağd vəsait axınlarının proqnoz hesablamaları vasitəsilə risklərin qiymətləndirilməsi və kreditləşdirmə proseslərini avtomatlaşdıraraq fermerlərin maliyyə resurlarına çıxışını asanlaşdırmağa kömək edir.

Sistem IFC tərəfindən hazırlanıb və ona məxsusdur. Bu fəaliyyət, IFC-nin İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyi (SECO) ilə tərəfdaşlıqda icra olunan Azərbaycan İnvestisiya Mühiti və Aqrobiznesin Rəqabətliliyi Layihəsi çərçivəsində həyata keçirilən layihənin bir hissəsidir.

Bu müqavilə çərçivəsində tətbiq edilməsi planlaşdırılan yeni sistem, Bankın strateji kursuna uyğun olaraq və onun ölkədə kənd təsərrüfatının inkişafına böyük önəm verdiyini nəzərə alaraq, Azərbaycanın bütün bölgələrində sahibkarlığın inkişafına yönəldiləcək.

“TuranBank”

Bizimlə etibarlıdır...

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri