21 
İyl
2020
20:39
154
86
3836
Virtual karabakh

Dövlət-biznes əməkdaşlığı çərçivəsində daha bir aksiyaya başlandı - FOTO

21 İyl, 2020
20:39
3836

Dövlət-biznes əməkdaşlığı çərçivəsində daha bir aksiyaya başlandı - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Koronavirus (COVID-19) pandemiyası ilə mübarizə tədbirlərinə dəstək məqsədilə dövlət-biznes əməkdaşlığı çərçivəsində daha bir sosial aksiyaya start verilib. 

Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) verilən məlumatda belə deyilir.

İqtisadiyyat Nazirliyinin təşəbbüsü, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin təşkilatçılığı, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının, "Mətanət A", Neftçala Avtomobil Zavodu, "A.M.O." MMC-nin dəstəyi ilə paytaxt Bakıda və ölkə regionlarında həyata keçiriləcək maarifləndirici aksiya çərçivəsində vətəndaşlara koronavirus infeksiyasından qorunmaq üçün tibbi maska paylanılacaq, xüsusi karantin rejimi qaydalarına dair maarifləndirici söhbətlər aparılacaq.

İyulun 21-də Bakı şəhərində, həmçinin Abşeron, Lənkəran və Masallı rayonlarında keçirilən aksiya zamanı KOB dostları və könüllülər vətəndaşların daha çox olduğu xidmət, ticarət və ictimai iaşə obyektlərinə yaxın yerlərdə tibbi maska paylayıb, koronavirus infeksiyasının profilaktikasına dair ətraflı məlumat veriblər.

Ümumilikdə, iyul-avqust ayları ərzində təşkil olunacaq aksiya çərçivəsində ölkənin 20-yə yaxın şəhər və rayonunda vətəndaşlara 20 mindən çox tibbi maskanın paylanması nəzərdə tutulur.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri