28 
İyl
2020
12:06
11
84
2152
Virtual karabakh

“Bank BTB” 2020-ci ilin birinci yarım ili üzrə nəticələri açıqladı

28 İyl, 2020
12:06
2152

“Bank BTB” 2020-ci ilin birinci yarım ili üzrə nəticələri açıqladı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Cari ilin ilk yarımilinin nəticələrinə əsasən, “Bank BTB” ASC-nin aktivləri 360 milyon 161,83 min manat təşkil edib. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 56 milyon 389,33 min manat, yəni 18.5% artım deməkdir.

Həmçinin, qeyd edilən hesabat dövrü ərzində “Bank BTB”nin kredit portfelində də artım müşahidə olunur. Belə ki, kredit portfeli üzrə göstərici 235,157 min manata çatıb, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 19%-a yaxın artım deməkdir. 

İkinci rübün nəticələrinə əsasən, “Bank BTB”nin depozit portfeli 134 milyon 437 min manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə (116 milyon 622 min manat) 15%-ə yaxın artım deməkdir. Depozit portfelinin artımı Bankın dayanıqlı inkişafını və müsbət imicini əks etdirərək, müştərilərimiz tərəfindən yüksək etimadın olmasını vurğulayır.

2020-ci ilin yanvar-iyun dövrü ərzində “Bank BTB”nin cəmi gəlirləri 16 milyon 522 min manat, cəmi xərcləri 15 milyon 306 min manat təşkil edib. İkinci rübün yekununda bankın əməliyyat mənfəəti 1 milyon 216,2 min manat təşkil edib.

30.06.2020-ci il tarixinə Bankın məcmu kapitalı bankların kapital tələbinə tam cavab verərək 61 milyon 108,74 min manat təşkil edib.

Qeyd edək ki, hazırda “Bank BTB” ASC 14 xidmət nöqtəsi ilə təmsil olunur. “Bank BTB” müştərilərə daha səmərəli xidmət göstərmək məqsədilə xidmət nöqtələrinin təkmilləşdirmə layihəsini də davam etdirir, xidmət nöqtələri yeni korporativ üslubda təmir olunaraq fəaliyyət göstərir.

Bank xidmətləri haqqında məlumatı “Facebook” (www.facebook.com/bankbtb) və “Instagram” (www.instagram.com/bankbtb/) səhifələrindən, eləcə də 055 3000 946 “WhatsApp” (https://wa.me/994553000946) nömrəsindən əldə edə bilərsiniz. Həmçinin, (012) 946 nömrəli məlumat mərkəzi və bankın www.btb.az rəsmi internet səhifəsi də həftəiçi beş gün  xidmətinizdədir.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri