Avq
2020
11:30
212
54
3670
Virtual karabakh

İşsizliyin aradan qaldırılması üçün tədbirlər gücləndirilir – Məbləğ artırılır

1 Avq, 2020
11:30
3670

İşsizliyin aradan qaldırılması üçün tədbirlər gücləndirilir – Məbləğ artırılır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İşsizlikdən sığorta fondunun gəlir və xərclərinin artırılması təklif edilir.

Oxu.Az-ın məlumatına görə, bununla bağlı “İşsizlikdən sığorta fondunun 2020-ci il büdcəsi haqqında” qanuna dəyişiklikdə yazılıb.

2020-ci il üçün İşsizlikdən sığorta fondunun büdcəsinin gəlirləri 128 milyon 235 min 400 manat məbləğində təsdiqlənmişdi.

Fondun xərcləri də eyni miqdarda müəyyən olunub.

Layihədə isə qeyd olunub ki, fondun gəlirləri də, xərcləri də 151 milyon 235 min 400 manat məbləğində təsdiq edilsin.

Bundan başqa, işsizliyə görə sığorta ödənişlərinin məbləğinin 5 milyon manatdan 10 milyon manata qaldırılması təklif olunur.

Layihə Milli Məclisin avqustun 4-dən etibarən başlayacaq növbədənkənar sessiyasının iclaslarında müzakirəyə çıxarılacaq.

Aqşin Kərimov

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri