13 
Avq
2020
15:58
27
248
1615
Virtual karabakh

Azərbaycanda əhali bu ilin yeddi ayında 21 milyard manatdan çox pul xərcləyib

13 Avq, 2020
15:58
1615

Azərbaycanda əhali bu ilin yeddi ayında 21 milyard manatdan çox pul xərcləyib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

2020-ci ilin yanvar-iyul aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 21,4 milyard manatlıq, o cümlədən 11,5 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 9,9 milyard manatlıq qeyri-ərzaq malları satılıb.

Bu barədə Dövlət Statistika Komitəsinin məlumatında bildirilib.

2019-cu ilin müvafiq dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 2,1 faiz, o cümlədən qeyri-ərzaq malları üzrə 7,5 faiz azalıb.

Ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə isə 3,2 faiz artıb.

Elektron ticarət dövriyyəsi ötən ilin yanvar-iyul ayları ilə müqayisədə 2,0 dəfə çox olub.

2020-ci ilin yanvar-iyul aylarında alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 48,6 faizi ərzaq məhsullarının, 5,2 faizi içkilər və tütün məmulatlarının, 14,1 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 5,4 faizi elektrik malları və mebellərin, 5,4 faizi avtomobil benzini və dizel yanacağının, 1,8 faizi əczaçılıq məhsulları və tibbi ləvazimatların, 0,8 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 18,7 faizi isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub.

Hesabat dövründə istehlak məhsullarının dəyər ifadəsində 23,1 faizi ticarət müəssisələri, 50,5 faizi fərdi sahibkarlar tərəfindən, 26,4 faizi isə bazar və yarmarkalarda satılıb. 2019-cu ilin eyni dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 11,8 faiz, fərdi sahibkarlar üzrə 0,4 faiz artıb. Bazar və yarmarkalarda isə 15,4 faiz azalıb.

2020-ci ilin yanvar-iyul aylarında əhalinin bir nəfərinə düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi 306,4 manat və ya 2019-cu ilin müvafiq dövrünün göstəricisindən nominal ifadədə 1,3 manat çox olub.

Ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla ayda 164,9 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 141,5 manatlıq qeyri-ərzaq malları alıb.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri