Sen
2020
15:56
22
102
11729
Virtual karabakh

Yaxın gələcəkdə dolların taleyi necə olacaq? - ŞƏRH

7 Sen, 2020
15:56
11729

Yaxın gələcəkdə dolların taleyi necə olacaq? - ŞƏRH

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dünya bazarında dolların məzənnəsi keçən həftə 2018-ci ilin minimumu səviyyəsini yeniləyib. Dünya mediasının nəşrlərində də qeyd olunduğu kimi, dördüncü aydır ABŞ valyutasının məzənnəsinin düşməsi oyunu davam edir. Bu müddət ərzində dolların indeksi 8,5% düşüb. Analitiklər dolların daha da zəifləyəcəyini istisna etmirlər. Yenə də dolların çöküşünün yaxınlaşdığına dair açıqlamalar var. Bəzi mütəxəssislər ABŞ valyutasını uzunmüddətli zəifləmə tendensiyası gözlədiyini və ABŞ-ın bunu koronavirusdan gözləniləndən daha çox zərər görən iqtisadiyyatına kömək üçün qəsdən etdiyini söyləyirlər.

Bəs əslində nə baş verir? Bu barədə sualları Media.Az-a Rusiyanın FINAM İnvestisiya Holdinqi Səhmdar Cəmiyyətinin analitiki Sergey Drozdov cavablandırıb.

- ABŞ valyutası dünya bazarındakı mövqeyini niyə sürətlə itirir?

- Gəlin təşvişə düşməyək. Avronun dollar qarşısında böyüməsi müxtəlif amillərlə əlaqəlidir. Bunlardan biri də Avropa iqtisadiyyatının koronavirus böhranından ABŞ-dakından daha sürətli çıxacağı hissidir. Ancaq bu, mənim fikrimcə, belə deyil. Amerikalılar böhrandan daha sürətli çıxacaqlar. Dolların dünya valyutası olduğunu unutmayın. Əlbəttə ki, dolların orta müddətli zəifləməsi tendensiyasına baxmağa dəyər. Avropa İttifaqı iqtisadiyyatı üçün 750 milyard avroluq yardım proqramı barədə razılığa gələndə impuls başladı.

Bəli, amerikalılar hamıdan çox pul dərc edirlər. Pul nə qədər çox olsa, valyuta o qədər zəifləyir. Ancaq buna görə hər hansı “dəhşəti” gözləmək lazım deyil.

- …Eyni zamanda “dollar erası”nın bitdiyinə dair tez-tez səsləndirilən versiyalar var.

- Mən zaman-zaman belə proqnozlara rast gəlirəm. Əlbəttə, Yer üzündə heç bir şey əbədi deyil. Ancaq yaxın gələcəkdə dolların çöküşü olmayacaq. Dollardan uzaqlaşmaq üçün açıq bir alternativə ehtiyacımız var. O da yoxdur.

- ABŞ-ın bilərəkdən valyutasını zəiflətməyə hazırlaşdığı və bu tendensiyanın uzunmüddətli olacağı versiyası barədə nə düşünürsünüz? İkinci Dünya müharibəsindən sonra ABŞ-ın belə fəaliyyəti ilə bağlı nümunə də gətirilir.

- Mənə elə gəlir ki, İkinci Dünya müharibəsindən sonrakı dövrlərlə mövcud vəziyyəti müqayisə etməyə dəyməz. O dövrdə - müharibədən sonra dollar indiki qədər güclü deyildi. Və düşünmürəm ki, ABŞ hazırda valyutanı bilərəkdən zəiflədir. 2008-ci il böhranını xatırlayaq. Dollar Federal Ehtiyatlar Sisteminin çap maşınını işə salması fonunda zəifləyirdi. O vaxt dolların zəifləməsi çoxlarının xoşuna gəlmirdi. İndi böhran şəraitində ABŞ valyutası mövqeyini itirir. Ancaq dollar fondlama valyutası olaraq qalır. Maliyyə alətlərinin əksəriyyəti dollarla ifadə olunur. Bazarlar çökəndə aktivlər dollarla satılır, nəticədə ABŞ valyutası möhkəmlənir. Böhran bitəndə isə dollar müvafiq olaraq zəifləyir. Amerikalılar hər şeyi yaxşı sahmanlayıblar.

Nəzərə almaq lazımdır ki, pulun çox hissəsi maliyyə bazarları tərəfindən toplanır. Real iqtisadiyyatda yalnız kiçik bir hissə daxil olur. Dünya iqtisadiyyatındakı vəziyyət normallaşanda (bu, koronavirus böhranı aradan qalxdıqdan sonra qaçılmaz olacaq), ABŞ Federal Ehtiyatlar Sistemi artıq likvidliyi sterilizasiya etməyə başlayacaq.

- Neft istehsal edən ölkələrin milli valyutaları haqqında nə deyə bilərsiniz? Rusiya rublunun məzənnəsi çox ciddi şəkildə düşdü. Azərbaycan manatı koronavirus böhranından əvvəlki vəziyyətdə qalır.

- Neft istehsal edən ölkələrin iki yolu var. Birincisi, ehtiyatlar toplanıbsa, o zaman sosial gərginliyi azaltmaq üçün mərkəzi banklar milli valyutaların məzənnəsini saxlamaq üçün valyuta müdaxilələri həyata keçirməyə başlayır. Rusiya bunu 2008-ci ildə etdi, sonra bizdə bu praktikadan imtina edildi.

İkinci variant üzən məzənnədir, hansı ki, Rusiya hazırda tətbiq edir. Yəni neft nə qədər ucuz olarsa, rubl o qədər zəifdir. Büdcə bundan əziyyət çəkmir, amma təbii ki, əhali üçün bu, yaxşı deyil.

Ancaq aydındır ki, ən yaxşısı çoxşaxəli iqtisadiyyata sahib olmaq, ehtiyatları spekulyativ hücumlara sərf etməməkdir. Bu, neft istehsal edən ölkələrimiz üçün çox vacibdir.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri