14 
Sen
2020
13:12
8
88
1414
Virtual karabakh

Aleksandr Razuvayev: Düşünürəm ki, artıq ilin sonunda qızılın bir unsiyasının qiyməti 2200 dollar olacaq”

14 Sen, 2020
13:12
1414

Aleksandr Razuvayev: Düşünürəm ki, artıq ilin sonunda qızılın bir unsiyasının qiyməti 2200 dollar olacaq”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanda və dünyada qiymətli metalların qiymətləri artmaqda davam edir. Bir unsiya (31,1 qram) qızılın qiyməti 2 min dollara (3 400 manat) yaxınlaşır (bu qiymət artıq yazda müəyyən edilmişdi, sonra cüzi geriləmə oldu).

Rusiyanın “Alpari” analitik departamentinin direktoru, iqtisad elmləri namizədi Aleksandr Razuvayev Media.Az-a verdiyi müsahibədə qızılın qiymətinin daha da artacağını proqnozlaşdırdı.

Dünyada qızılın qiymətində artım meylləri var. Bunu necə izah etmək olar?

ABŞ-ın Federal Ehtiyat Sistemi (FES) və dünyanın digər ölkələrinin Mərkəzi bankları koronavirusla mübarizə çərçivəsində çox pul çap etdi. Müvafiq olaraq, likvidliyin kəskin artımı oldu. Burada müəyyən risklər də var, çünki hər kəs dollara güvənmir. Digər bir məqam, bu yaxınlarda FES-in pul siyasətində dəyişiklik elan etməsi ilə əlaqədardır. Əvvəllər onlar işsizlik (yaxud Birləşmiş Ştatlarda məşğulluq kimi qəbul edilən), inflyasiya ilə əlaqəli məlumatlara əsaslanırdılar və hər şey aydın olurdu. İndi FES naməlum müddətdə hansısa ortalama  inflyasiyaya söykənəcək. Sadə dillə desək, hər kəs heç nə izah etmədən istədiklərini etmək qərarı verdi.  Çox güman ki, paylar sonsuza qədər aşağı səviyyədə saxlanılacaq. Buna görə, dollarla bağlı bir qeyri-müəyyənlik varsa, bu, qızıla olan tələbatı artırır.

Yeri gəlmişkən, Qərbi Avropa və ABŞ ilə əlaqəli araşdırmalar var idi. Bir az pulu olan insanlar (orta təbəqə və orta yaş qrupuna aid olan insanlardan söhbət gedir) etibarlı aktiv kimi qızıl alırlar. Gənclər isə IT şirkətlərinə investisiya qoymağı üstün tuturlar.

Yeri gəlmişkən, Azərbaycan 5, 10 və 20 qram ağırlığında qızıl, gümüş sikkələr və qızıl külçələr istehsal edir...

Bu, Azərbaycan üçün yaxşı ideyadır. Ən yaxşısı bu sikkələri bir seyfə və ya bir banka qoymaqdır. Yalnız oğurluq qorxusuna görə yox. Məsələn, kimsə sikkəni cıza bilər, bu zaman onun qiymətində dərhal endirim olacaq.

Nə olursa olsun, qızıl elə qızıl olaraq da qalacaq?

Bəli, bu, 100 faiz etibarlı olan yeganə aktivdir.  Kimsə deyir ki, qızıl mədən şirkətlərinin səhmlərini almağa dəyər, amma səhmlər fond bazarındakı ümumi vəziyyətdən asılıdır. Elə nümunələr olub ki, qızılın qiyməti qalxsa da şirkətlərin səhmləri bu səviyyəyə çatmayıb.

Sonuncu sual. Qızılın qiymətinə dair proqnoz verə bilərsinizmi?

Düşünürəm ki, artıq ilin sonunda qızılın bir unsiyasının qiyməti 2200 dollar (3 740 manat) olacaq. Əlbəttə ki, Amerika seçkilərinin nəticələrini proqnozlaşdırmaq çətindir, amma mən gələn  il üçün yüksəliş tendensiyası gözləyirəm.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri