14 
Sen
2020
18:02
19
436
2143
Virtual karabakh

Muzdla çalışanların orta aylıq əməkhaqqı 715 manatdır

14 Sen, 2020
18:02
2143

Muzdla çalışanların orta aylıq əməkhaqqı 715 manatdır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ölkədə muzdlu (müqavilə əsasında) çalışanların sayı artıb. 

Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2020-ci ilin yanvar-iyul aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 4,2 faiz artaraq, 1 681 200 nəfər olub. Hazırda muzdla çalışanlardan dövlət sektorunda 909 800, qeyri-dövlət sektorunda isə 771 400 nəfər fəaliyyət göstərir. 

Muzdla işləyənlərin 19,5 faizi təhsil, 18,2 faizi ticarət və nəqliyyat vasitələrinin təmiri, 13,1 faizi sənaye, 8,4 faizi tikinti, 8,1 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6,6 faizi dövlət idarəetməsi və müdafiə, sosial təminat, 4,5 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,4 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 3,4 faizi peşə, elmi və texniki fəaliyyət, 1,7 faizi maliyyə və sığorta, 13,1 faizi isə iqtisadiyyatın digər sahələrində çalışır. 

2020-ci ilin yanvar-iyul aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqısı əvvəlki ilin müvafiq dövrünə nisbətən 21,7 faiz artıb və 715,4 manat təşkil edib. İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində orta aylıq nominal əməkhaqqı isə daha yüksək olub.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri