16 
Sen
2020
13:48
6
153
2310
Virtual karabakh

Azərbaycanda hansı məhsullar bahalaşıb? - FOTO

2020-ci ilin avqust ayında әrzaq mәhsulları, içkilәr vә tütün mәmulatları üzrә istehlak qiymәtlәri indeksi iyul ayı ilә müqayisәdә 99,5 faiz təşkil edib. Yəni, bu məhsulların dəyəri ötən aya nisbətən 0,5 faiz azalıb.

Oxu.Az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata əsasən, 2020-ci ilin yanvar-avqust aylarında isə ötən ilin müvafiq dövrü ilә müqayisәdә qiymətlər 5,3 faiz artıb. 

İdxal olunan mәhsulların qiymәt indekslәrinə gəldikdə isə, 2020-ci ilin iyul ayında bu mәhsulların dəyəri ötən ayla müqayisәdә 1,3 faiz artıb. Əvvәlki ilin müvafiq ayı ilә müqayisәdә 21,1 faiz, 2020-ci ilin yanvar-iyul aylarında 2019-cu ilin yanvar-iyul aylarına nisbәtәn isә qiymətlər 23,7 faiz bahalaşıb. 

2020-ci ilin iyul ayında ixrac olunan mәhsulların qiymәt indeksi isə әvvәlki ayla müqayisәdә 106,3 faiz, əvvәlki ilin müvafiq ayı ilә müqayisәdә 84,3 faiz təşkil edib. 2020-ci ilin yanvar-iyul aylarında 2019-cu ilin yanvar-iyul aylarına nisbәtәn isә 73,7 faiz olub. Yəni, ixrac olunan məhsul və xidmətlərin dəyəri ötən ilin eyni dövrünə və ötən aya nisbətən azalıb və ya ucuzlaşıb.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri