16 
Sen
2020
15:02
19
70
914
Virtual karabakh

Neft-qaz sektorunda mәhsul istehsalı azalıb

16 Sen, 2020
15:02
914

Neft-qaz sektorunda mәhsul istehsalı azalıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

2020-ci ilin yanvar-avqust aylarında ötən ilin eyni dövrü ilə müqayisədə sәnaye müәssisәlәri vә bu sahәdә fәaliyyәt göstәrәn fәrdi sahibkarlar tәrәfindәn istehsal olunmuş malların vә göstәrilmiş xidmәtlәrin hәcmi 3,1 faiz azalıb və 24,7 milyard manat olub.

Oxu.Az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata əsasən, bu azalma neft-qaz sektorunda mәhsul istehsalının 4,9 faiz azalması hesabına baş verib. Sәnayenin qeyri-neft-qaz sektorunda isә mәhsul istehsalı 13,6 faiz artıb. 

Sәnaye mәhsulunun 60,7 faizi mәdәnçıxarma, 33,1 faizi emal, 5,3 faizi elektrik enerjisi, qaz vә buxar istehsalı, bölüşdürülmәsi vә tәchizatı, 0,9 faizi isә su tәchizatı, tullantıların tәmizlәnmәsi vә emalı sektorlarında istehsal olunub.

Sәnayedә qeyri-dövlәt sektorunun payı 78 faiz olub. Ümumi istehsalın 86,5 faizi sәnaye mәhsullarının istehsalı, 13,5 faizi isә sәnaye xarakterli xidmәtlәrin göstәrilmәsi hesabına yaradılıb.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri