17 
Sen
2020
13:12
55
30
1712
Virtual karabakh

“AzerGold” tədavülə istiqrazlar buraxacaq

17 Sen, 2020
13:12
1712

“AzerGold” tədavülə istiqrazlar buraxacaq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ölkənin qeyri-neft sektorunun ən böyük ixracatçılarından olan “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) ilk dəfə olaraq dövriyyəyə istiqrazlar buraxacaq. Cəmiyyət tərəfindən dağ-mədən sektorunun stabil inkişafı və dünya bazarlarında qızıl və gümüşün qiymətinin kəskin artımı fonunda yüksək mənfəətli yeni istiqrazların tədavülünə hazırlıq görülür.

Ölkədə həyata keçirilən uğurlu iqtisadi siyasət nəticəsində mövcud makroiqtisadi sabitlik və maliyyə sektorunun dayanıqlılığı yerli şirkətləri yeni maliyyə alətlərinin buraxılışına təşviq edir. Yüksək səmərə ilə fəaliyyət göstərən yerli qiymətli kağızlar bazarının mövcudluğu yeni istiqrazların tədavülə buraxılmasına əlverişli şərait yaradır.

Belə ki, geniş xalq kütləsinin əldə edə biləcəyi “AzerGold” istiqrazlarının nominal dəyəri 100 ABŞ dolları, illik faiz dərəcəsi isə 4 faiz təşkil edir. İstiqrazların tədavül müddətinin üç il olması, istiqraz sahiblərinə faiz dərəcələrinin isə üç aydan bir ödənilməsi planlaşdırılır. Emissiyanın ümumi həcmi 20,000,000 ABŞ dolları təşkil etməsi gözlənilir. İstiqrazların satışı kütləvi təklif üsulu ilə Bakı Fond Birjası vasitəsi ilə həyata keçiriləcək.

Maliyyə bazarına təklif edilən istiqrazlar daim inkişaf edən qiymətli metalların hasilatı sahəsinin və qeyri-neft sənayesinin liderlərindən biri olan “AzerGold”un maliyyə mənbələrinin şaxələndirilməsi və yeni layihələrin icrasına yönəldilməsi ilə eyni zamanda ölkənin qiymətli kağızlar bazarının inkişafına töhfə vermək, eləcə də vətəndaşlara mənfəətli və etibarlı investisiya imkanları yaratmağa xidmət edəcək. Bu da öz növbəsində vətəndaşların milli iqtisadiyyat və dağ-mədən sənayesinin inkişafında pay sahibi olmağa əlverişli fürsət yaradacaq.

Əlavə məlumat üçün: https://azergold.az/istiqrazlar

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri