18 
Sen
2020
11:29
24
29
1318
Virtual karabakh

“Bank BTB” pul köçürmə imkanlarını genişləndirərək “UPT” sisteminə qoşuldu

18 Sen, 2020
11:29
1318

“Bank BTB” pul köçürmə imkanlarını genişləndirərək “UPT” sisteminə qoşuldu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Müştərilərin maksimum rahatlığını düşünərək sərfəli tariflərlə dünyanın bir çox ölkəsinə pul vəsaitlərinin köçürülməsini təmin etmək məqsədilə “Bank BTB” Türkiyənin beynəlxalq pul köçürmə sistemi olan “UPT” (Universal Payment Transfer) ilə əməkdaşlığa başlayıb.

“UPT” pul vəsaitlərinin sürətli köçürülməsi üçün universal ödəniş sistemidir, dünyanın 200-ə yaxın ölkəsində yerləşən 400 mindən çox xidmət məntəqəsilə fəaliyyət göstərir. “UPT” sistemi vasitəsilə vəsaitləri TRY, EUR və USD valyutalarında göndərmək və almaq mümkündür.

Vəsaitlər istər Türkiyənin bütün şəhərlərinə, istərsə də Avropanın bir çox ölkələrinə göndərilə bilər. Tariflərlə buradan tanış ola bilərsiniz: bit.ly/upt-tarifler 

Xidmətin rahatlığı hesab açmadan, şəxsiyyət vəsiqəsi ilə “Bank BTB”nin filiallarına yaxınlaşaraq, vəsaiti alan şəxsin adını qeyd etməklə göndərmə imkanının olmasıdır. 

“UPT” sisteminin əsas üstünlükləri:

• Sürətli köçürmə;

• Sərfəli tariflər; 

• Valyuta seçimi imkanı;

• Etibarlılıq, təhlükəsizlik;

• Rahat istifadə qaydaları.

Bankımızın bu və digər məhsul və xidmətləri ilə bağlı hər hansı sualı olan vətəndaşlar onlayn müraciət kanallarımız olan “Facebook” (www.facebook.com/bankbtb) və “Instagram” (www.instagram.com/bankbtb/) kanallarına, 055 3000 946 “WhatsApp” (https://wa.me/994553000946)  nömrəsinə, həmçinin, (012) 946 nömrəli Məlumat mərkəzi və www.btb.az rəsmi saytımızda onlayn konsultanta həftəiçi 5 gün müraciət edə bilərlər.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri