18 
Sen
2020
12:21
44
18
1246
Virtual karabakh

“Standart Insurance” kompensasiya ödənişi həyata keçirib

18 Sen, 2020
12:21
1246

“Standart Insurance” kompensasiya ödənişi həyata keçirib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İcbari Sığorta Bürosu müflis elan edilən “Standart Insurance” Sığorta Şirkəti üzrə bir gün ərzində 1000 nəfərə kompensasiya ödənişi həyata keçirib. 

Bu gün Mərkəzi Bankın qərarı ilə “Standard Insurance” Sığorta Şirkətinin sığorta fəaliyyəti üzrə lisenziyası ləğv edilib və məhkəmənin müflis olma ilə əlaqədar vermiş olduğu qərar 14 Sentyabr 2020-ci il tarixdə qüvvəyə minib. 

Qanunvericiliyə uyğun olaraq İcbari Sığorta Bürosu şirkətlə bağlanmış icbari sığorta müqavilələri üzrə öhdəliklərin həyata keçirilməsi ilə bağlı işlərin icrasına başlayıb. Bir gün ərzində təqribən min nəfər şəxsə kompensasiya ödənişi həyata keçirilib. 

Ödənişlərin toplam məbləği təqribən 800 000 manat təşkil edib. Sığorta məhsullarının istehlakçılarının hüquqlarının qorunmasını daim diqqət mərkəzində saxlayan Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən təyin edilmiş müvəqqəti inzibatçı ilə birlikdə dəyərləndirmələrə öncədən başlanması ödənişlərin sürətlə həyata keçirilməsinə zəmin hazırlanıb. 

Son müqavilə tarixinə qədər baş verməsi ehtimal edilən hadisələrlə birlikdə təqribən 4 000 hadisə üzrə ödənişin həyata keçirilməsi gözlənilir. 

Xatırladaq ki İSB-nin fəaliyyət dövründə bu ikinci haldır. 2017-2018-ci illər üzrə Alfa Sığorta şirkətinin iflası nəticəsində qurum tərəfindən təqribən 180 hadisə üzrə 311 000 manat kompensasiya ödənişi həyata keçirilib.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri