Okt
2020
14:52
722
63
8155
Virtual karabakh

“Azərişıq” ASC-nin rəhbərliyi cəbhə xəttində - FOTO

1 Okt, 2020
14:52
8155

“Azərişıq” ASC-nin rəhbərliyi cəbhə xəttində - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Cəbhə xətti boyunca yerləşən rayonlara səfər edən “Azərişıq” ASC sədri Vüqar Əhmədov və “Azərenerji” ASC-nin vitse-prezidenti Ziyəddin Quliyev vəziyyətlə yerindəcə tanış olublar. Yerlərdə icra orqanlarının rəhbərləri və həmçinin “Azərişıq” ASC-nin yerli şəbəkələrinin rəhbərləri ilə görüşüblər.

Bu barədə “Azərişıq” ASC-nin yaydığı məlumatda qeyd olunub.

Bildirilib ki, qurumun sədri Vüqar Əhmədovun yaşayış məntəqələrinin dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təminatında “Azərişıq” ASC əməkdaşlarının fədakar əməyi sayəsində uğurla icra olunduğu qeyd edib.

Erməni silahlı qüvvələrinin kənd və yaşayış məntəqələrini atəşə tutması nəticəsində 250 dəfədən çox müxtəlif gərginlikli xətlər, həmçinin 30-dan çox transformator məntəqəsi vurulub. Bununla belə təmas xəttinə yaxın kəndlərdə 24 saat fasiləsiz xidmət göstərən “Azərişıq” ASC əməkdaşları qısa vaxtda bu qəzaları aradan qaldırıblar.

“Azərişıq” ASC sədri onu da bildirib ki, ərazi bütövlüyü uğrunda aparılan müharibəyə, ordu sıralarına qoşulmaq üçün indiyədək ASC-nin könüllü olaraq 300-dən çox əməkdaşı gedib.

Vüqar Əhmədov cəbhə xəttində yaradılmış Xüsusi Qərargahda toplantı keçirib, cəbhəboyu rayonlara ehtiyat dayaqlar, naqillər, KTM və generatorların çatdırılması ilə bağlı tapşırıqlarını verib.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri