Okt
2020
16:52
609
44
5315
Virtual karabakh

TAP-ın icraçı direktoru: “Artıq layihə icra mərhələsindədir”

Trans Adriatik Boru (TAP) layihəsi artıq icra mərhələsindədir. 

Oxu.Az-ın TAP-ın rəsmi veb saytından əldə etdiyi məlumata əsasən, layihə üzrə yeni korporativ veb sayt istifadəyə veriləcək.

TAP-ın icraçı direktoru Luka Skyeppati bildirib ki, artıq layihənin istismar mərhələsinə keçid edilir və bu dövrdə yeni korporativ veb sayt layihənin icrası və onun davamı ilə əlaqədar ötürmə sistemi kimi izləyicilərə əhəmiyyətli məlumatların verilməsində önəmli rol oynayacaq.

TAP konsorsiumunun xarici əlaqələr üzrə rəhbəri Vüqar Vəysəlov məsələ ilə bağlı əlavə edib ki, yeni veb sayt milli və beynəlxalq tərəfdaşlara etibarlı məlumatların verilməsi üçün vacib rol oynayacaq.

Belə ki, növbəti 10 illiklər ərzində də layihənin icra prosesində əlaqələrin saxlanılması və bu əlaqələri asanlaşdıracaq yeni veb sayt gözlənilir.   

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri