13 
Okt
2020
17:37
70
412
5856
Virtual karabakh

Bu gün doqquz dövlət əmlakı özəlləşdirilib

13 Okt, 2020
17:37
5856

Bu gün doqquz dövlət əmlakı özəlləşdirilib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün keçirilən hərracda doqquz dövlət əmlakı özəlləşdirilib.

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən verilən məlumata əsasən, hərracda hər kəsin sərbəst iştirakı təmin edilib.

İştirak etmək istəyən şəxslərin seçdikləri dövlət əmlakı üzrə elektron sifariş verməklə yanaşı, hərraclara onlayn qoşulmaq imkanı da yaradılıb. Prosesə marağı olanlar hərrac günü həm Əmlak Xidmətləri Məkanına gəlməklə, həm də elektron resurslardan istifadə etməklə hərracları qeydiyyatsız formada izləyə də bilərlər.

Hərraclarda iştirak etmək istəyən şəxslər qeydiyyatdan keçməklə dövlət əmlakının ilkin hərrac qiymətinin 10 faizini ödəyib sifarişçi statusu ala bilərlər. 

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri