14 
Okt
2020
12:43
330
48
1808
Virtual karabakh

Azərbaycanda muzdla çalışan işçilərin sayı 3,7 faiz artıb

14 Okt, 2020
12:43
1808

Azərbaycanda muzdla çalışan işçilərin sayı 3,7 faiz artıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

2020-ci il sentyabrın 1-nə olan vəziyyətə görə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 59,8 min nəfər və ya 3,7 faiz artaraq 1670,9 min nəfər olub.

Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.

Belə ki, onlardan 902,3 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 768,6 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.

Muzdla işləyənlərin 19,4 faizi təhsil, 18,3 faizi ticarət, nəqliyyat vasitələrinin təmiri, 13,2 faizi sənaye, 8,3 faizi tikinti, 8,2 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6,6 faizi dövlət idarəetməsi və müdafiə, sosial təminat, 4,5 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,4 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 3,4 faizi peşə, elmi və texniki fəaliyyət, 1,7 faizi maliyyə və sığorta fəaliyyəti, 13 faizi isə iqtisadiyyatın digər sahələrində məşğul olub.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri