15 
Okt
2020
11:36
238
65
5858
Virtual karabakh

Daha 43 dövlət müəssisəsi özəlləşdiriləcək

15 Okt, 2020
11:36
5858

Daha 43 dövlət müəssisəsi özəlləşdiriləcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

10 noyabr 2020-ci il tarixində növbəti hərrac təşkil ediləcək.

İqtisadiyyat Nazirliyindən verilən məlumata əsasən, Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən keçiriləcək hərracda 43 müəssisə özəlləşdirilməyə çıxarılacaq.

Hərracda nəqliyyat, inşaat, təmir, quşçuluq, ticarət, istehsal və digər sahələr üzrə müəssisələr olacaq. Özəlləşdirməyə çıxarılan müəssisələr paytaxtla yanaşı, respublikanın müxtəlif bölgələrində yerləşir.

Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən təşkil edilən hərraclarda hər kəsin sərbəst iştirakı təmin edilir. İştirak etmək istəyən şəxslərin seçdikləri dövlət əmlakı üzrə elektron sifariş verməklə yanaşı, hərraclara onlayn qoşulmaq imkanı da yaradılıb. 

Hərracda maraqlı olan şəxslər dövlət əmlakının ilkin hərrac qiymətinin 10 faizi məbləğində behi ödəyib sifarişçi statusu ala bilərlər.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri