15 
Okt
2020
12:22
334
18
1671
Virtual karabakh

BP 1,2 milyon manatlıq layihənin bu ilki nəticələrini açıqlayıb

BP və onun Azəri-Çıraq-Günəşli, Bakı-Tbilisi-Ceyhan, “Şahdəniz” və “Cənubi Qafqaz Boru Kəməri” layihələrindəki tərəfdaşları aztəminatlı ailələrdən olan tələbələrin ali təhsil almasına dəstək verib.

“BP Azərbaycan”ın verdiyi məlumata əsasən, bu ildə layihə BP və tərəfdaşlarının dörd ildir ki, dəstəklədiyi “Gələcəyini Qur” layihəsinin iştirakçısı olan 94 gənci əhatə edib.

Layihənin dörd mərhələsinin ümumi dəyəri, dörd il ərzində, təxminən 1 milyon 153 min manatdır və hər bir mərhələnin müddəti 12-15 aydır.

Layihənin məqsədi aztəminatlı ailələrdən olan gənclərin universitetlərə hazırlaşmasına dəstək olmaqdır. Layihə iştirakçılarına 11-ci sinif şagirdləri və eləcə də fiziki imkanları məhdud olan yaxud xüsusi qayğıya ehtiyacı olan orta məktəb məzunları daxildir.

Bu vaxtadək Qaradağ, Kürdəmir, Ucar, Ağdaş, Yevlax və Hacıqabul rayonlarındakı icmalarda yaşayan 300-dən çox aztəminatlı ailə bu layihədən faydalanıb.

Dörd mərhələdə 315 nəfər layihə iştirakçısından təxminən 282 nəfəri, ümumilikdə iştirakçıların 90 faizi ali məktəblərə qəbul imtahanlarının tələblərinə cavab verərək müxtəlif universitetlərdə tələbə adını qazanıblar.

Bu ilki proqramda 108 nəfər iştirakçıdan 94 nəfəri 255-651 arasında ballar toplamaqla qəbul imtahanlarında uğurlu nəticələr əldə edib.

Bu təşəbbüsün nəticələrini və ümumilikdə uğurlu olmasını əsas götürərək BP və tərəfdaşları layihəni növbəti ildə də davam etdirmək qərarına gəlib.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri