15 
Okt
2020
16:06
338
29
4693
Virtual karabakh

Baş nazirdən subsidiyalar barədə QƏRAR

15 Okt, 2020
16:06
4693

Baş nazirdən subsidiyalar barədə QƏRAR

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Koronavirus pandemiyasından zərər çəkmiş ərzaq təchizatçılarına kredit faizlərinə görə verilən subsidiyanın müddəti 6 aydan 12 aya uzadılıb.

Həmçinin, ərzaqlıq buğda təchizatçılarına verilən faiz subsidiyası üzrə kreditin faiz dərəcəsi isə 10 faizdən 15 faizə qədər artırılıb.

Nazirlər Kabinetinin qərarına əsasən, “Koronavirus (COVID-19) pandemiyasından zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin mövcud kredit portfeli üzrə kredit faizlərinin subsidiyalaşdırılması Qaydası” ilə Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondu tərəfindən pandemiyadan zərər çəkmiş sahibkarlıq subyektlərinin kredit təşkilatlarından manatla aldıqları kreditlər, həmçinin müəyyən sahələrə (ərzaq) alınacaq kreditlər üzrə hesablanmış faizlərə görə subsidiya verilməsi halları və qaydası müəyyən edilib.

Belə ki, ölkədə insan həyat və sağlamlığı üzrə zəruri ehtiyacların təmin edilməsi üçün ərzaq ehtiyatlarının yaradılması məqsədilə istisna hal kimi zəruri ərzaq təchizatçılarına kredit təşkilatları tərəfindən verilən kreditlər üzrə ilk 6 ay üçün hesablanan faizlərə subsidiya verilməsi və faiz subsidiyası kreditin faiz dərəcəsinin 10 faizi miqdarında, faiz dərəcəsi 10 faizdən aşağı olarsa, faiz subsidiyası kreditin faiz dərəcəsi həcmində verilməsi nəzərdə tutulub.

Dəyişikliyə əsasən, həm ərzaq təchizatçısı olan sahibkarlara banklar tərəfindən kredit faizlərinə görə verilən subsidiyaların müddəti uzadılır, həm də subsidiyalara görə kredit təşkilatlarına ödəniləcək faiz dərəcəsi artırılır.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri