16 
Okt
2020
12:38
526
25
1866
Virtual karabakh

Kənd təsərrüfatı məhsullarının həcmi artıb

16 Okt, 2020
12:38
1866

Kənd təsərrüfatı məhsullarının həcmi artıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

2020-ci ilin yanvar-sentyabr ayları üzrә kәnd tәsәrrüfatının ümumi mәhsulunun faktiki qiymәtlәrlә dәyәri 6 milyard 835,1 milyon manat tәşkil edib.

Dövlət Statistika Komitəsindən əldə edilən məlumata əsasən, onun 3 milyard 230,4 milyon manatı heyvandarlıq, 3 milyard 604,7 milyon manatı isә bitkiçilik mәhsullarının payına düşüb.

Әvvәlki ilin müvafiq dövrü ilә müqayisәdә kәnd tәsәrrüfatının istehsalı 1,5 faiz, o cümlәdәn heyvandarlıq mәhsulları üzrә 3,1 faiz, bitkiçilik mәhsulları üzrә isә 0,1 faiz artıb.

Hazırda kәnd tәsәrrüfatı bitkilәrinin yığımı davam edir.

Keçәn ilin müvafiq dövrü ilә müqayisәdә cari ilin yanvar-sentyabr aylarında diri çәkidә әt istehsalı 3,1 faiz artıb və 387,1 min ton olub. Süd istehsalı 1,8 faiz, yumurta istehsalı 5,9 faiz, yun istehsalı 0,4 faiz artıb.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri